Acun: "Hər zaman xəyallarımın ardından qaçdım." - müsahibə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 1 703
Səs ver:
(səs: 4)
TV8-in sahibi, televiziyaçı Acun İlicalı "Medyaradar"ın suallarını cavablandırıb.

Müsahibənin maraqlı məqamlarını təqdim edirik.

- Son həftə internetdə "Ütopya" verilişində yarışmaçı Semih Öztürkün yayım zamanı bəzi uyğunsuz hərəkətləri iddia edildi. Əslində nə baş verir?
- Bu bizi qaralamaq üçün nəzərdə tutulan kampaniyadır. "Bu tarz benim" proqramını transfer etdiyimiz gündən "Habertürk" qəzeti bizə qarşı yazılar yayımlayır. Verilişin bizə transferini həzm edə bilməyiblər. Dişimlə, dırnağımla bu nöqtəyə gəlmişəm, heç kimə zərər verməmişəm. Belə xəbərlə yayılacaq, biz də gülüb keçəcəyik. Əvvəl şəxsi həyatımla bağlı şayiə yaydılar. Məcbur edib birinci səhifədən təkzib verdirdim. "Ütopya"da baş verənlər də doğru deyil. Görüntülərdə də iddia edilən şey yoxdur.

-Sizcə, mediada belə mübarizə qeyri-etik deyilmi?
- Məncə, media bu mövzuları müzakirəylə həll etməlidir. Bir az diqqətli davranmalıdırlar. Bir verilişə görə bunu kiminsə əliylə bir qarşıdurmaya çevirmək yanlışdır.

- Müğənni Nihat Doğanı qadınlar haqqında yazdığı tvitə görə "Survivor"a aparmadınız. Bunu xalqın münasibətinə görə etdiniz yoxsa özünüz də belə düşündüyünüz üçün?
- Bunun üzərindən çox keçib. Danışıb yeni müzakirə açmaq istəmirəm. Davakar xarakterdə olan adam deyiləm.

- "Survivor All Star"ın reytinqi necədir?
- Gözlədiyimdən də yüksəkdə. Hətta kanalı birinci edəcək dərəcədə yaxşıdır. Bundan başqa nə gözləmək olar ki?

- Yarışmanın kamera arxasında nələr baş verir?
- Əvvəl yarışmaçıların ac qalmasına gülürdük, amma sonra uduzan komandanın ağladığını görəndə işin zarafatı getdi. Dünən zəng vurub deyiblər ki, adadakılar az qala otları yesinlər. Amma nə edə bilərəm ki? Yarışmanın marağı da budur ki, qalib əsl çətinliyə dözən olsun.

- Amma keçmiş iştrakçı Merve Büyüksaraç bunun yalan olduğunu demişdi.
- Yalan və çirkin iftiradır. Bununla bağlı məhkəmə də açdıq. Keçən dəfə yalandan deyib ki, məhkəməni udub. Nə vaxt udub, heç kim bilmir. Məhkəmə hələ davam edir. Qəribədir ki, 11 dəfə "aclıqdan ölürəm" deyərək müsahibə verən bir adam niyə desin ki, guya onlara yemək verilirmiş.

- Həqiqi olmayan nəsə var?
- Bunu tamaşaçı görür. Həqiqi olmasa, niyə izləsinlər ki? Açıb filmə baxardılar. Verilişə ssenari yazsam bir şey qazanmaram.

- TV8-in reytinqi istədiyiniz kimidir?
- İstədiyimiz səviyyədədir. Çox əmək verdik. 4 ay ofisdən çıxmadım. Yarışmalar, seriallar uğurlu alındı. "Maral"ın uğurlu başlanğıcından sonra, "Ayrılsak da beraberiz", "Bana baba dedi" serialları başlayacaq. Yeni yarışma proqramımız - "Komedi Türkiye" gəlir. Münsiflərdə Gülse Birsel, Haluk Bilginer və Gani Müjde oturacaq.

Hər zaman xəyallarımın ardından qaçdım. Müxbir olanda öz proqramımı hazırlamaq, daha sonra onları çoxaltmaq və nəhayət öz kanalımda yayımlamağı qarşıma məqsəd qoydum və qazandım. Növbəti hədəf xaricdə telekanal sahibi olmaqdır.

- Etdiyiniz bütün layihələr uğurlu alınıb. Hətta sizə televiziyanın "dahi uşağı" deyirlər.
- Bu da Allahın mənə lütfüdür. Bütün verilişlərimlə birinci oldum. Amma kanal aldıqdan sonra özümü deyil, kanalı birinci etməyi fikirləşirəm.

- TV8-i aldıqdan sonra həyatınızda nə dəyişdi?
- Çox işləyirdim, indi daha çox işləyirəm. Stress çox idi, o da artdı. Xoşbəxt idim, daha xoşbəxt oldum.

- Riski sevirsiniz?
- Hə

- Cəsursunuz?
- Çox

- Rəqibiniz var?
- Həm də çox. Hamısıyla da dostam. Tez-tez görüşüb yemək yeyirik.

- Millət vəkili olmaq istərdinizmi?
- Yox, həyatımda siyasətə aid heç bir iz yoxdur.

- Bir ara Fətullah Gülənin tərəfdarı olduğunuzu deyirdilər.
- Onu həyatımda heç vaxt görməmişəm, heç bir yaxınlığım da olmayıb.
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 1 703
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri