Sami Yusuf Bakıda konsert verdi - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 934
Səs ver:
(səs: 2)
Martın 14-də Heydər Əliyev Sarayında Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf geniş konsert proqramı ilə çıxış edib.

"Sarı gəlin” adlanan konsert "KEvents group”un təşkilatçılığı ilə reallaşıb.

Sami Yusuf konsertdə "The Centre” adlı albomunda yer alan musiqiləri, həmçinin "Sarı gəlin” və "Küçələrə su səpmişəm” mahnıları da daxil olmaqla 19 mahnı ifa edib.

Onu yerli musiqiçilər müşayiət edib. Konsertdə, həmçinin "Natiq” ritm qrupu da çıxış edib.

Konsertdə maraqlı məqamlardan biri də Sami Yusufun ona hədiyyə olunan Azərbaycan bayrağını öpərək pianonun üstünə sərməsi olub. Müğənninin bu jesti tamaşaçılara xoş təsir bağışlayıb.

Tamaşaçıların təkidi ilə konsertin repertuarından əlavə bir neçə mahnı oxuyan müğənninin ifaları alqışlarla müşayiət olunub.

Qeyd edək ki, Sami Yusuf eyni konsert proqramı ilə martın 15-də də çıxış edəcək.

Məlumat üçün bildirək ki, Tehranda dünyaya göz açan əslən azərbaycanlı olan Sami Yusufun Bakıda ilk konserti 2006-cı ildə keçirilib.

 

(səs: 2)
Şərhlər: 12
Baxılıb: 2 934
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri