Qızına görə 43 il kişi paltarı geyən qadın

Müəllif: Miss_Oxatan
Şərhlər: 9
Baxılıb: 2 849
Səs ver:
(səs: 5)
Misirin Luhor şəhərində bir ana qızını böyütmək üçün 43 il kişi qiyafətində işə gedib.

64 yaşındakı ana Misir hökuməti tərəfindən "ilin anası" seçilib.

Sisa Abu Daoh adlı qadın 21 yaşında evləndikdən qısa bir müddət sonra həyat yoldaşını itirib. Həmin vaxt hamilə olan Sisa qadın olaraq iş tapmağın az qala qeyri-mümkün olduğunu bildiyi üçün kişi qiyafətinə girməyə qərar verib.

O, həmin vaxtdan tikintidə, tarlalarda və təmizlik işlərində çalışıb. Qızı ilə evlənən adamın iflic olmasından sonra isə Sisa onları da saxlamaq məcburiyyətində qalıb. O, hələ də Luhor qatar stansiyasında və yenə də kişi qiyafətində işləyir.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 2 849
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri