Milli Parkda şou keçirilib - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 475
Səs ver:
(səs: 1)
"Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi Dənizkənarı Milli Parkda Novruz bayramına həsr olunmuş tədbir və möhtəşəm şou təşkil edib.

Tədbirdə lazer işıq effektləri ilə Muzey Mərkəzinin üzərində "Bakı-2015”-in loqosu, rəsmi rəmzləri – ceyran və nar, eləcə də Novruzun rəmzi olan səməni, Oyunlarla bağlı 3D proyeksiyalarla videoinstalizasiya nümayiş olunub. Burada ilk Avropa Oyunlarının proqramına daxil olan idman növləri ilə bağlı görüntülər yer alıb.
Avropa Oyunlarının 100-dən çox könüllüsü "Alov qoruyanlar” flaşmöblarını göstəriblər.
Tədbirdə birinci Avropa Oyunları barədə məlumat verilib, Oyunlarına hazırılıqla bağlı video-çarx nümayiş olunub. Bildirilib ki, bu il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək ilk Avropa Oyunlarında qitənin 50 ölkəsindən 6 mindən çox atlet iştirak edəcək. Onlar idmanın 20 növündə qüvvələrini sınayacaqlar.
Mərasimdə "Bakı-2015” Avropa Oyunlarına online bilet satışının başlanması haqqında məlumat verilib.
Həmçinin Dənikənarı Milli Parkda yaradılmış xüsusi güşədə Avropa Oyunlarına daxil olan idman növləri ilə bağlı müxtəlif müsabiqələr keçirilib, iştirakçılara hədiyyələr təqdim olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 475
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri