Narkotik ticarəti cinayətindən 6 il 3 ay həbsə məhkum edilmiş müğənni Dəniz Səkiyə sənətçi dostları növbəti sürpriz hazırlayıblar.
Aralarında Gülbən Ərgən, Demet Akalın, Oktay Kaynarca, Armağan Çağlayan, Hakan Altun və başqalarının da yer aldığı sənətçilər D.Səkinin "Həyat 2 bilet” mahnısına dəstək klipi çəkdiriblər.
Ekran işinin rejissoru müğənninin qardaşı Sərkan Səkidir.