Tanınmış prodüser məşqçisi ilə elə - sarmaşıb, dolaşdı ki... - FOTOLAR

Müəllif: Antikvar
Şərhlər: 15
Baxılıb: 10 535
Səs ver:
(səs: 9)
Onların münasibətini kimisi dost, kimisi müləllim-tələbə, kimisi də biri-birini seçən iki cütlük münasibəti hesab edir. Amma sadaladıqlarımızdan üçüncüyə inanlar daha çoxdur. Özləri bu səmimiliyi işbirliyi ilə əlaqələndirsələr də, haqlarında yayılan dedi-qodudan, söz-söhbətdən canlarını qurtara bilmirlər. Amma "el gözü də tərəzidir" deyirlər.
Beləliklə "SARMAŞ-DOLAŞ" rubrikamızın qonaqları olan prodüser Təranə Səmədova və onun idman məşqçisi Ceyhun Vəliyevin münasibətlərinin hansı ampulada olmasına, ancaq rubrikamızı oxuyub, baxdıqdan sonra özünüz qərar verə biləcəksiniz.

Müəllif: Hə, indi bu şəkillərdən sonra inkar edəcəksiz ki, sevgili deyilsiniz?

Təranə Səmədova:(gülür) Aaa, sevgiliyə oxşayırıq ki?

Ceyhun Vəliyev: Müəllim və tələbəyik. Həm də, işbirliyimiz var.

Təranə: Həqiqətən, çox yaxın dostuq. Sadəcə, layihənin adına uyğun obraza girdik.

Müəllif: Yaxşı, bəs ikiniz görüşən zaman salamlaşma necə olur?

Ceyhun: Öpüşüb-görüşürük.

Təranə: Bir dost kimi sarmaşıb-dolaşırıq - adi, daha belə yox da...(gülür-red).

Müəllif: İndi siz bizi inandırmağa çalışırsınız ki, dostluqdan başqa aranızda heç bir şey yoxdur?

Təranə: Baxın, kütlə onsuz da dedi-qodunu sevir. Aramızda nəsə olsa da, olmasa da onsuz da danışacaqlar. Sadəcə, biz bu gün obraza girdik ki, qoy danışanlar bir az da ruhlansınlar, ağızdolu danışsınlar. Arada belə də lazımdır...

Ceyhun: Onlara mövzu lazım deyil ki... Onsuz da bu şəkillər olmasaydı da danışırdılar. İndi də şəkilləri görüb, qıcıqlanıb, ağızlarına gələni deyəcəklər. Amma dedikləri nə məni, nə də ki, Təranəni narahat edir.

Müəllif: Ceyhun, ilk sarmaş-dolaşın neçə yaşında olub?

Ceyhun:18 yaşımda. İndiyənə kimi də yadımdadır. Qaraşın qız idi, 1.70 boylu gözəl xanım idi(gülür-red).

Müəllif: Təranə bəs səndə ilk sarmaş-dolaş nə vaxt olub?

Təranə: İlk sarmaş-dolaşım 19 yaşımda olub. Yaxşı xatırlayıram. Ailə qurmağı düşünürdük, qismət olmadı. İlk dəfə sevgi hiss etdiyim və qucaqladığım insan, etiraf edim ki, 19 yaşımda olub.

Müəllif: Sarmaşıb-dolaşmağa münasibətiniz...

Təranə: İnsanı həyatda yaşadan, ona stimul verən əsas şeylərdən biri də sarmaşıb, dolaşmaqdır. İnsanın ən böyük problemi olanda yanında sevdiyi varsa, onu qucaqlayır və hər şeyi unudur. Hər şeyi unutduğun həmin məqam, məhz elə sarmaşıb, dolaşdığın andır(gülür-red). O zaman insan çox xoşbəxt olur.

Müəllif: Təranə, həyatında elə bir şəxs varmı ki, ona sarmaşıb, dolaşan zaman hər bir şeyi unudursan?

Təranə: Həyatımı o qədər işə sərf etmişəm ki...

Müəllif: Xahiş edirəm tam səmimi ...

Təranə:Hə, var(gülür-red).

Müəllif: Ceyhun bəs səndə?

Ceyhun: Məndə yoxdur.

Müəllif: ATV.az-ın yeni layihəsi olan "SARMAŞ-DOLAŞ” oxucularına nə demək istəyərdiniz?

Təranə:Ay camaat, sarmaşın-dolaşın, xeyirdi.

Ceyhun: Bol-bol oxucu kütləsi arzulayıram. "SARMAŞ-DOLAŞ” oxucularına isə demək istəyərdim ki, gördüklərinizə inanmayın. Əfruzə bizi bu vəziyyətə saldı. Daim sevin və sevilin, haqqımızda isə mənfi şərhlər yazmayın.(gülür-red).

 

 

 

 

(səs: 9)
Şərhlər: 15
Baxılıb: 10 535
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri