"Ərimin üçüncü arvadıyam"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 894
Səs ver:
(səs: 4)
Tədbirlərin birində tanınmış rejissor Şahin Zəkizadə və həyat yoldaşı Səbinə Allahverdiyeva kamera qarşısına keçib.

Xoşbəxt olduğunu deyən Səbinə həyat yoldaşı ilə münasibətindən danışıb: "Mən ərimin üçüncü arvadıyam. Onunla evlənəndə çoxları məni qınadı ki, bu evlilik uğursuz olacaq.

Amma mən heç kimin sözünə baxmadım və ürəyimin səsini dinləyərək onunla ailə qurdum. İki dəfə ailə qurub və boşanmaq taleyin işidir, heç kim bilmir ki, sabah başına nə gələcək. Mən ərimlə xoşbəxtəm və yeni doğulacaq körpəmizin gəlişini gözləyirəm".

Qeyd edək ki, Səbinə əvvəllər model kimi fəaliyyət göstərib. Son vaxtlar isə özünü həyat yoldaşının "100 kağız" filmində aktrisa kimi sınayıb.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 4 894
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri