Dünya bu şəkildən danışır - foto

Müəllif: Miss_Azerbaijan
Şərhlər: 32
Baxılıb: 1950
Paylaş:
Səs ver:
(səs: 8)
Minlərlə İnternet istifadəçisi "təslim olaraq" əllərini qaldıran suriyalı uşağın fotosunu paylaşıb - amma biz bu foto haqqında nə bilirik?

Onu paylaşanlar uşağın gözlərindəki qorxuya görə təsirlənib: o sanki tapançanın lüləsi ilə üzləşib. Təbii ki, o, lüləyə deyil, kameraya baxır. Amma bu təsiredici fotonu kim, necə çəkib?

BBC Trending həmin fotoqrafı tapıb və bu sualı ona verib.

Hər şey ötən həftənin çərşənbə axşamı Qəzzada yaşayam fotojurnalist Nadia Abu Şaban fotonu Twitterdə paylaşandan sonra başladı. Şəkil mikrobloq şəbəkəsində tez yayıldı.

"Əməlli-başlı, hönkür-hönkür ağlayıram", "çox kədərli", "insanlığın iflası", kimi şərhlər yazıldı.

Şabanın ilk tvitini 11 000-dən çox adam paylaşıb. Cümə günü foto Reddit saytında paylaşılandan sonra yenidən populyarlaşdı, 1600-dən çox şərh yazıldı.

Hər iki şəbəkədə fotonun saxta və ya təşkil edilmiş olması barədə ittihamlar ortaya çıxmağa başladı. Twitterdə çoxu fotonun müəllifinin kim olduğunu, fotonun nəyə görə istinadsız paylaşıldığını sual etdi.

Abu Şaban fotonu özü çəkmədiyini bildirsə də, müəllifin kimliyi barədə xəbərsiz olduğunu dedi. İmgur fotopaylaşma saytında bir istifadəçi həmin fotonu qəzet məqaləsində tapıb və fotonun həqiqi olduğunu deyib. Eyni zamanda o, fotonun "haradasa 2012-ci ildə" çəkildiyini və uşağın oğlan olduğunu bildirib. Həmin mesajda deyilir ki, şəklin müəllifi türk fotojurnalist Osman Sağırlıdır.

Foto haqqında məlumatları yoxlamaq üçün BBC Trending hazırda Tanzaniyada işləyən Sağırlı ilə danışıb. Məlum olub ki, fotodakı uşaq əslində oğlan deyil - dörd yaşlı, Hudea adlı qızdır. Şəkil Suriyadakı Atmeh qaçqınlar düşərgəsində, ötən ilin dekabr ayında çəkilib. Hudea Türkiyə ilə sərhədin yaxınlığında yerləşən düşərgəyə anası və bacı-qardaşları ilə gəlibmiş. Onlar Hama şəhərindən 150 kilometrlik yol gediblərmiş.

"Mən telefoto obyektivindən istifadə edirdim, o isə elə bildi ki, silahdır", Sağırlı deyir. "Fotonu çəkəndən sonra gördüm ki, uşaq bərk qorxub çünki o, dodaqlarını dişləyib əllərini qaldırmışdı. Adətən uşaqlar qaçıb gedirlər, ya da üzlərini gizlədirlər, yaxud da kameranı görən kimi gülümsəyirlər".

Fotoqraf deyir ki, düşərgələrdə yaşayan uşaqların fotoları xüsusilə güclü və ifşaedici olur. "Düşərgələrdə köçkün adamların olduğunu bilirsən. Amma əsl hissləri uşaqlar məsumluğu ilə göstərir", - o deyir.

Foto ilk olaraq "Türkiyə" qəzetində, yanvarda çap olunub. Osman Sağırlı 25 il bu qəzetdə çalışıb, müharibə və təbii fəlakətlərdən fotoreportajlar göndərib. Yanvarda türkdilli sosial media istifadəçiləri bu fotonu geniş paylaşsa da, ingilisdilli istifadəçilərin nəzərinə ancaq indi çarpıb.

loading...
(səs: 8)
Şərhlər: 32
Baxılıb: 1950
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ulduz
OY ANAN OLSUN ,LAP UREYIM AGRIDI,COX PIS OLDUM,BBIZ SUKR EDEK agla
7 aprel 2015 18:40
32
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
EsmaNur
caaaan yaziq 27

caaaan yaziq 27
5 aprel 2015 15:50
31
Offline
Miss_Oxatan
caaan quzu keserem yaziq uwaq,neynesinler gozlerini acandan muharibe ora bura qacmaq,qan silah gorubler ona gore neyi ozlerine istiqametlendirilmiw gorseler onu silah bilirler.ALLAH qutarsin butun mesumlari yezidkimiler destesinden InwAllah.Amin.
5 aprel 2015 13:05
30
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
Melek5
Sitat: ayan97
Can necede qorxynan baxir lap ureyim agradiye. Allahim sen yardim et onlara.

Amin
5 aprel 2015 12:52
29
Get sevgilim! Dön desəm mən, gəlsən, sən Şərəfsizsən.
Offline
NERGIZ LOVE
Allah qorusinqorusinelerden.min.cox tesirlendirici fotodu
5 aprel 2015 12:13
28
SENI EBEDI QELBIME YAZDIM///
Offline
yasemin
Caan necədə qorxube üzündən qorxu,kədər yağır… ALLAHIM sən onlara kömək ol.. InşALLAH həmişə hər yerdə sülh amanlıq olsun…
5 aprel 2015 12:05
27
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Offline
efsane..
cox kederli fotodu usagin qorxusu ise insana lap pis tesir edir
5 aprel 2015 09:50
26
Offline
GULTEKIN MEMMEDOVA
Sitat: Brilliantam
Allahim dunyamiza sulh,eminamanliq ver,Amin.
5 aprel 2015 09:20
25
111222
Offline
Dosta_inam
Allah kömek olsun hamiya.her zaman sülh emin-amanliq olsun.dünyamiz sakit firavan yaşasinki bu cür uşaqlarda qorxu içinde yaşamasin.teşekkür
5 aprel 2015 06:51
24
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Brilliantam
Allahim dunyamiza sulh,eminamanliq ver,Amin.
5 aprel 2015 03:04
23
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
Offline
ŞehZam
Sitat: aziz a
Allahim sen ozun muharibeleri sona,yetir....Sen ozun aci o korpe balalara.

Aminnn
5 aprel 2015 02:24
22
Offline
FISTIK
Can allah komek olsun cox pis oluram ne qeder bele usaq var bu dunyada. en cox istediyim seydi bu usaqlarin bu pis ezabi qorxusu pis gunleri bitsin her gece dua edirem.
5 aprel 2015 01:51
21
Offline
Aydan Habili
Cox tesirlidi sagulun
5 aprel 2015 01:06
20
Offline
aziz a
Allahim sen ozun muharibeleri sona,yetir....Sen ozun aci o korpe balalara.
5 aprel 2015 00:17
19
Rebbim kömek olsun cümlemize Amin
Offline
Nergız33
Cane can nece yazıq yazıq baxıre . Gör nece qorxub. Bu savaşı cıxaranlar utansın.
4 aprel 2015 23:48
18
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Offline
ece uslu
yaziq uwaq gor nece qorxub
4 aprel 2015 23:34
17
Offline
vipbetul
neged qesengdide,yaziq usaqlar onlarin cekdiyi eziyyeti narahatciliq qorxuyla yasam hissleri o usaqlari boyguyendede ele urkek edegey,Allah yezidlere lenet etsin insallah
4 aprel 2015 23:30
16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
emis
Sitat: arzum-aysum
biz hansi zemanede yasayiriq? bu dunya hara gedir bele? qorxu, siddet, olum. usaqlar oz usaqligini bele yaşaya bilmir. Allahim ozu sonumuzu xeyir etsin

onu deyecekdim ki ele hansi zamanda yasayariq indi bele muharibeler mi qaldi sonu xeyir olsun teki. usagim cox pis oldum butun gunu bele sekiller videolar televizorda gosterirler
4 aprel 2015 23:20
15
Offline
rosh-nura
Ay cok kötü oldu.cocuklara el qaldıran vaşilerin eli kırılsın inşAllah.Allahım bütün cocuklarımızı korusun.Amin
4 aprel 2015 23:06
14
Offline
arzum-aysum
biz hansi zemanede yasayiriq? bu dunya hara gedir bele? qorxu, siddet, olum. usaqlar oz usaqligini bele yaşaya bilmir. Allahim ozu sonumuzu xeyir etsin
4 aprel 2015 22:54
13
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv