“Üzə çıxartmadığım şəkillərim var” - Türkiyədə yaşayan azərbaycanlı model VİDEO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 4 416
Səs ver:
(səs: 4)
Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı model Könül Əzizova "Region TV”də yayımlanan "Şou məkan” verilişinə maraqlı açıqlamalar verib:

"Konkret işim modelllikdir. Fotomodellikdən başlayıb, modelliyə keçmişəm. Şəxsən, mənim işlətmədiyim, üzə çıxartmadığım şəkillərim var. Onları üzə çıxarda bilmirəm, onlar məndə qalır. Açıq-saçıq şəkillərim həddindən artıq çoxdur”

Tanınmış model Azərbaycanda model peşəsinə olan mənfi münasibətdən də danışıb: "İllər əvvəl Azərbaycandakı model biznesi daha yaxşı idi. Biz inkişaf etmək yerinə, geri qalmışıq. Nəyə görə burda bizim insanlarımızın əksəriyyəti model biznesinə pis baxırlar? Çünki işin içində olmayan insanlara model sənəti qəribə gəlir. Amma işin içinə girsələr, görərlər ki, bu sənət necə zəhmətli, əziyyətli bir işdir. Başqa səbəblər də var. Azərbaycanda hər yerindən duran model olduğunu iddia edir. Bir-iki reklamda çəkildikdən, bir-iki tədbirdə iştirak edəndən sonra model olduqlarını iddia edirlər, amma başqa işlərlə məşğul olurlar. Ona görə də Azərbaycanda bu sənətə hörmət yoxdur”


(səs: 4)
Şərhlər: 14
Baxılıb: 4 416
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri