"Tezliklə məni Türkiyə seriallarından birində görəcəksiniz"
Müsahibəsində azərbaycanlı model Rüstəm Cəbrayılov deyib.
"Moda biznesindən birdəfəlik uzaqlaşmaq fikrim yoxdur. Sadəcə sonuncu nümayişdəki "performansımdan" sonra anladım ki, podiuma qayıtmağa hələ hazır deyiləm. İndi özümü aktyorluqda sınamaq istəyirəm. 2-3 aydan sonra Türkiyədə aktyorluq sənəti ilə bağlı dərslərim başlayır. Düşünürəm ki, yayda tamaşaçılar məni hansısa Türkiyə filmində və ya serialında görəcəklər", - o əlavə edib.