Müğənni Atiyə "Milliyət” qəzetinə müsahibə verib. Müğənni sənətdə özünə rəqib görmədiyini bildirib:
"Səhnə azad, xoşbəxt, təbii olduğum yerdir. "Ən iddialı olduğum yer də səhnədir” deyə bilərəm. Normal həyatdakı Atiyə ilə səhnədəki Atiyə arasında çox ortaq nöqtə var, amma fərqliliklər daha çoxdur. Məsələn: Normal həyatımda daha sakitəm və çəkingənəm. Yeni bir mühitə girdiyim zaman utancaq oluram. Amma bunlar səhnədə tamamilə yox olur, əksinə div boyda oluram. Özümü daha seksual hiss edirəm. Fərqli bir yerdəyəm, rəqibim yoxdur. Bu qədər fərqli tərzdə musiqi ilə məşğul olan bir sənətçi yoxdur”.
Şəxsi həyatıyla göz qabağında olmağı sevməyən Atiyə "Heç vaxt özəl həyatımı gizlətməmişəm, amma bu haqda da danışmamışam. Xoşbəxtəm, bu qədər”-, deyə qeyd edib.