Elnur Hüseynov: "Xoşbəxtliyimiz üçün mübarizə aparmalıyıq"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 260
Səs ver:
(səs: 5)
Bu il "Eurovision-2015” mahnı müsabiqəsində Azərbaycanı ikinci dəfə təmsil edəcək Elnur Hüseynov yarışmanın rəsmi saytına maraqlı açıqlama verib. Onun sözlərinə görə, "Eurovision” mahnı müsabiqəsi özünü solo müğənni kimi təqdim etmək üçün böyük şansdır:

"Bu müsabiqənin səhnəsində artıq ikinci dəfədir ki, ölkəmizi təmsil edəcəm. Şouda heyranedici səhnə təqdimatı olacaq. Bununla bağlı çoxlu ideyalarımız var. Odur ki, "Eurovision-2015”də məxsusi bir performans görəcəksiniz”.

Elnur Hüseynov ölkəmizi təmsil edəcək mahnısından da danışıb: "Builki mahnımıza inanıram, onda çox güclü mesajlar var. Mahnının sözlərində "hər bir qəlb mübarizə etməyə layiqdir” deyildiyi kimi, biz heç vaxt təslim olmamalı, xoşbəxtliyimiz üçün mübarizə aparmalıyıq”.

Xatırladaq ki, Elnur Hüseynov müsabiqədə "Hour Of The Wolf” mahnısını ifa edəcək.
(səs: 5)
Şərhlər: 12
Baxılıb: 2 260
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri