Cinsini dəyişib "qadın" olan azərbaycanlı kişinin müsahibəsi - fotolar

Müəllif: NoName
Şərhlər: 38
Baxılıb: 6525
Paylaş:
Səs ver:
(səs: 8)
Litvanın paytaxtı Vilnusda keçirdiyi uğurlu əməliyyat nəticəsində cinsini dəyişən azərbaycanlı Raul Məmmədli (Aqnes Landau) müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- İlk olaraq, özünüzü təqdim edin.
- Məni burada Aqnes Landau kimi tanıyırlar. 21 yaşım var. Bu adı özüm seçmişəm. 2011-ci ilin 12 sentyabrında Litvaya - Vilnusa gəlmişəm. O zamandan da burda yaşayıram.

- Litvaya nə məqsədlə gəlmişdiniz?
- Oxumağa gəlmişdim. Amma buna qədər mamamla hər danışanda deyirdim ki, mən sırğa taxmaq, saçımı uzatmaq, tatoo döydürmək istəyirəm. O da həmişə etiraz edirdi. Deyirdi ki, bunlar bizə yaraşmaz, kişi olmaq lazımdır və sairə. İndi onlar yadıma düşəndə gülürəm. O vaxt öyrənmişdim ki, imtahanları keçsəm, Litvada pulsuz təhsil ala bilərəm. Həmin ildə imtahanlarda 500 bal yığmışdım. Amma buna baxmayaraq yenə evdə narazı idilər. Hər dəfə gəlib niyə 600-700 yığmadığıma görə narazılıq edirdilər. Həmin il Litvanın Bakıdakı səfirliyində imtahanlar keçirilirdi. İmtahanların biri ingilis dilindən, biri isə esse yazmaq idi. Mən essedən 5, dil imtahanından isə 4 almışdım. Həmin vaxt ən yüksək nəticəni də mən göstərdim. Ona görə də birinci məni çağırdılar ki, hansı universiteti istəyirsən, onu da seç. Pulsuz olduğu üçün Vilnus Universitetini seçmişdim. Bir il təhsil aldım, amma sonda universitetdən imtina etdim.

- Universiteti atandan sonra nə etdiniz?
- Burda gözəllik salonunda işləməyə başladım. Ustam da məndən çox razılıq edirdi. Daha sonra yenidən bir il oxumağa başladım. Bu dəfə aşbazlığı oxudum, amma ordan da imtina etdim.

- İndi nə işlə məşğulsunuz?
- Hazırda televiziyalar vasitəsi ilə pul qazanıram. Reklamlara çəkilirəm, pul qazanıram.

- Bəs nə vaxtdan özünüzü qadın kimi hiss etməyə başladınız? Bura gələndən sonra, yoxsa elə Azərbaycanda?
- Yox, Azərbaycanda artıq bu hisslər məndə vardı. 16 yaşım olanda mən anama dedim ki, oğlanlardan xoşum gəlir. O zaman anam çox pis olmuşdu, məni həkimə aparmaq istəyirdi.

- Necə oldu ki, cinsinizi dəyişmək fikrinə düşdünüz? Əks nəticələrindən qorxmadınız?
- Mən həmişə əməliyyatdan qorxmuşam. Fikirləşirdim ki, bu, təbiətə qarşı çıxmaq deməkdir. Qorxurdum ki, heç vaxt oğlan kimi doğulmuş adamdan qız olmaz. Amma bu məsələni araşdırdıqdan sonra öyrəndim ki, əslində, müasir elm və tibbin qarşısında bunlar elə də çətin bir şeylər deyil. Hətta elə əməliyyatlar olub ki, inanılmaz dərəcədə uğurlu alınıb. Həm də əməliyyat olunan insandan da çox şey aslıdır. Bir adam qidasına, səhhətinə fikir verərsə, keçirdiyi əməlliyyatda uğurlu alınar. Mən 2015-ci ildə iki əməliyyat keçirdim. Bir burnumdan bir də sinəmdən. Hər ikisi də çox uğurlu alındı.

- Litvalıların belə hallara münasibəti necədir? Məsələn, biləndə ki, süni yolla cinsinizi dəyişdirmisiniz, sizə münasibətləri necə olur?
- Buradakı insanlar da bir az bu cür məsələlərə həssasdırlar. Amma Azərbaycandakı kimi vəziyyət çətin deyil. Əvvələr bir az aqressiya hiss edirdim, indi elə bir şeylər yoxdur.

- Axrıncı dəfə nə vaxt Azərbaycanda olmusunuz?
- 2012-ci ildə.

- Xarici görünüşünüz dəyişilmişdi, yoxsa?
- Yox, heç bir dəyişiklik yox idi. Amma saçımı uzatmışdım, qaşımı almışdım. O vaxt evdəkilər deyirdilər ki, heç hara çıxma, evdə otur, yolda sənin üçün pis olar.

- Ailənizlə münasibətiniz necədir, əlaqəniz varmı?
-  Hə, danışırıq. Nə qədər mənim bu hərəkətimi qəbul etməsələr də, amma yenə də övladlarıyam da. Uşaqları olduğum üçün danışırlar. Deyirlər ki,
səni atası deyilik ki?

- Bacın, qardaşın varmı?
- Bir bacım var.

- Onla münasibətin necədir?
- Normaldır, skayp vasitəsi ilə danışırıq, elə bir problemimiz yoxdur.

- Azərbaycana getmək kimi bir planınız yoxdur?
- Yox, bu barədə heç fikirləşmirəm. Çünki mən özümə ailə qurmaq istəyirəm. Heç mən Litvada belə bunu düşünə bilmirəm. Çünki burda məni əksər adamlar tanıyır. Ona görə başqa bir ölkəyə gedib orda ailə həyatı qurmaq istəyirəm. Mən istəyirəm ki, elə bir ölkədə yaşayım ki, onlar buna pis baxmasınlar. Əslində, mənim burda da sevgilim vardı. Bizim bütün yayı bir yerdə olmuşuq. Çox güclü bir oğlan idi. Kim nə deyirdisə də, vecinə almırdı. Hər yerə birlikdə gedirdik, hətta efirlərə də birlikdə gedirdik.

- Azərbaycanlı bir oğlanla sevgili olmaq istərdinmi?
- Hə, çox istərdim. Niyə də olmasın. Bizim azəri oğlanlarını mən niyə istəyirəm? Çünki bizdə qadınla, kişinin yeri var. Mən də elə bir ailə istərdim.

- Məktəb yoldaşlarına necə münasibətin varmı?
- Bir sinif yoldaşım vardı, məktəb vaxtı ən yaxın dostum idi. Onunla danışmışdıq, sonra bildi mənəm. Çox darıxıram Bakı üçün. Azərbaycana gəlsəm, mütləq gedib, sinif yoldaşlarımla görüşəcəm.

- Bəs Azərbaycanda baş verən hadisələri necə, tez-tez izləyirsən?
- Yox, heç xəbərim yoxdur. Bilmirəm nələr baş verir. Amma arada bir Azərbaycan musiqilərinə qulaq asıram. Ən çox da Röya və Sevil-Sevinc bacılarna…

 

 

 

 

 

 

 


loading...
(səs: 8)
Şərhlər: 38
Baxılıb: 6525
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Seher
Amma pis qiz olmuyub ha.....haaaaa alah uzaq elesin
3 avqust 2015 21:06
38
1
Offline
Yusif Ulker
amam qesey qiz olub 122
14 aprel 2015 19:19
37
Offline
Sucan
Allah bilendi insallah Min kere cezasini verer
13 aprel 2015 20:24
36
Offline
Brilliantam
Sozum yoxdur,soz tapa bilmirem,cunki,artiq oyresmisik bele seyleri gormeye.
13 aprel 2015 03:20
35
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
Offline
FISTIK
Adi sekiler olsa hec bilmek olmazki evveler kisi olub. seni goren agili basdi kisi alar yani.
13 aprel 2015 02:40
34
Offline
Aydan Habili
Sitat: Miss_Oxatan
Allah ailesine sebr versin,oxuduqca gordum ki,bu ele o bawdan imtina ede-ede gelib,axirda da cinsinden imtina edib.bele "ogul" sahib olmaqdansa evde 3dene diwi itin olsun.ancaq emeliyyat ugurlu alinib haqqinda melumat yazilmadan wekiller numayiw olunsaydi bawa duwmek olmazdi.ozde fikir ver ee,Azeri oglanla aile qurmaq istiyir,o oglan evvel bilmeden seni alib sonra bilse ki,sen ne vaxtsa kiwi qirigi olmusan ozunu korpuden atar utancdan.öl otur yerinde,camaatin oglunu bedbext eleme.

Raziyam duzdu psixi anormallıq nə etsin
13 aprel 2015 01:01
33
Offline
Miss_Oxatan
Allah ailesine sebr versin,oxuduqca gordum ki,bu ele o bawdan imtina ede-ede gelib,axirda da cinsinden imtina edib.bele "ogul" sahib olmaqdansa evde 3dene diwi itin olsun.ancaq emeliyyat ugurlu alinib haqqinda melumat yazilmadan wekiller numayiw olunsaydi bawa duwmek olmazdi.ozde fikir ver ee,Azeri oglanla aile qurmaq istiyir,o oglan evvel bilmeden seni alib sonra bilse ki,sen ne vaxtsa kiwi qirigi olmusan ozunu korpuden atar utancdan.öl otur yerinde,camaatin oglunu bedbext eleme.
12 aprel 2015 23:21
32
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
SENSİZ
inana bilmedimki, bu oqlan imis ele bil qiz doqulubmus
axirinci sekilde royaya oxsayir
12 aprel 2015 22:11
31
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
Melisa
Bu heç oğlana oxşamır . əməliyyatı ugurla alinib həqiqətən.Hec inamagim gelmir ki bu əvvəler oğlan olub
12 aprel 2015 21:07
30
Offline
Luna-90
Elebil qiz dogulub kul basina .
12 aprel 2015 21:05
29
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
Zeynep_Fatih
Iyrencdiiiii
12 aprel 2015 18:42
28
Offline
lili)
ad batiran adin batsin ele senin lenetlenmis mexluq
12 aprel 2015 18:38
27
Offline
vipbetul
yarashmish,Allah oldursun ad batricidiye bunun ailesi bundan negede indi utanirlar yaziqlar,Allah axlimizi almasin insallah
12 aprel 2015 17:49
26
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ulduz
AYY UTANDİM BU OGLANDİ..GUNAAHDİ
12 aprel 2015 17:49
25
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
rosh-nura
Ay diksindim.Allah bildiyi gibi yapsın seni
12 aprel 2015 17:37
24
Offline
miray
vay anasni yuh diyorum basqa bisey demirem
12 aprel 2015 17:21
23
Offline
arzum-aysum
ne deyim. oxuduqca dəhşətə geldim. Allah balalarimizi bu cur derdden, xəstəlikdən qorusun. bu caresi olmayan bir xestelikdi. ducar olub bu ve bunun kimiler
12 aprel 2015 17:17
22
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
Menim balam
Allah bele övlad verencek sonsuz olsan yaxşidir. Beddam bir insandır da, baş eyen valideyinleri nece çixir göresen el arasına bu mene maraqlıdır.
12 aprel 2015 17:15
21
Offline
Meleknur
oglan oldugu bilinir diqqetle baxilsa ne dyim Allah hidayet elesin Amin
12 aprel 2015 17:04
20
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
Qlamurr
Belə baxsan heç deməzsən ki,kişiymiş qadın olub,nəysə belə insanlar normal deyil.
12 aprel 2015 16:36
19
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv