Xoşqədəm Hidayətqızı niyə getdi? - Maraqlı iddialar

Müəllif: Antikvar
Şərhlər: 13
Baxılıb: 5 325
Səs ver:
(səs: 2)
Teleaparıcı Xoşqədəm Hidayətqızının ANS-ə keçidi ilə bağlı növbəti iddia ortaya atılıb.
 
Xoşqədəm Hidayətqızının "Səni axtarıram” populyar verilişini ANS-ə adlatması ilə bağlı rəsmi açıqlamanın verilməməsi daha bir versiyaya yol açıb. İddia edilir ki, beş ildir "Səni axtarıram” verilişinin yayımlandığı ATV-də kütləvi ixtisarlar gedir. Bu ixtisarların səbəbi verilişlərə ayrılan daxili büdcə xərclərinin azaldılmasıdır. X.Hidayətqızı qonorarın azalmasına görə layihəsini ATV-də dayandırmaq qərarı verib və layihənin özünə aid olduğunu bildirib. Ardınca ona ANS-dən gələn təkliflə razılaşıb.
 
Məlumatda deyilir ki, ixtisarlarla yanaşı, ATV-də şou proqramların azaldılması qərarlaşdırılıb. Telekanal rəhbəri Vüqar Qaradağlı ATV-ni daha çox müasir xəbər kanalı kimi görmək istəyir. Hazırda bu istiqamətdə işlər gedir.
 
***
 
Bu arada ölkə.az saytı özəl mənbəyə istinadla yazıb ki, ANS rəhbərliyi X.Hidayətqızının xərclərini öhdəsinə götürməyib: "Ona bildirilib ki, təyyarə biletlərinin, otellərdə qalmağın pulunu, işçilərin ezamiyyə xərcini ödəməyəcəklər. ATV-də isə hər şey telekanalın büdcəsindən ödənirdi. Həmçinin Xoşqədəm Hidayətqızı verilişdə reklamı gedən şirkətlərdən faiz alırdı. Rəhbərlik isə bundan xəbərsiz idi”.
 
Sayt yazır ki, ATV rəhbərliyi Hidayətqızının verilişi ilə bağlı araşdırmalara başlayıb. Məhz bundan sonra faktlar ortaya çıxıb:
 
"Çoxlu yeyinti üzə çıxdı. Dəfələrlə yaxın ətrafı Vüqar Qaradağlıya deyirdi ki, vəziyyət heç də göründüyü kimi deyil. Xoşqədəm Hidayətqızının şəxsi problemlərində Qaradağlı ondan maddi və mənəvi dəstəyini əsirgəmədi. Çünki çox inanırdı. Amma sən demə, Hidayətqızı telekanal daxilində intriqa yaradır, ATV-nin və Zaur Baxşəliyevin əleyhinə yazılar yazdırırmış. Hətta son günlərdə belə bir məlumat əldə etdik ki, o, Vüqar Qaradağlının yerinə iddialıdır. Verilişinə dəvət etdiyi ekspertlərlə, qohumunu axtaran sayt rəhbərləriylə şərt kəsirmiş. Şərtə görə, Qaradağlının və Zaur Baxşəliyevin əleyhinə yazılar yazılmalıymış”.
 
İddialara görə, X.Hidayətqızı bu müddət ərzində verilişin operatorlarından birinə 25 min manat dəyəri olan avtomobil alıb. Günlərin birində isə V.Qaradağlı teleaparıcını kabinetinə dəvət edərək haqq-hesab sorub: "Bir gün bütün bunların üstün açıldı. Rəhbərlik onu çağırıb haqq-hesab soranda əlində "Quran” yalvarmağa başladı və hər şeyi etiraf elədi. Bu xahişlərdən sonra rəhbərlikdən aprelə qədər vaxt aldı. Vüqar müəllim də dindar və kinsiz adamdır. Onu bağışladı. Məqsəd isə vaxt qazanıb ANS-lə danışıqlar aparmaq imiş”.
 
Xatırladaq ki, bu cür müxtəlif versiyaların səsləndirilməsinə baxmayaraq, X.Hidayətqızı jurnalistlərin israrlı müraciətlərini rədd edir və heç bir açıqlama vermir. ATV rəhbərliyi də hələlik rəsmi açıqlama yaymayıb.
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 5 325
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri