21 aprel New York City-də keçirilən "Time 100 Gala” mərasiminə gedərkən Kim Kardashian 2 dəfə sürpriz yaşadı. Belə ki, həyat yoldaşı Kanye Vest ilə qaldığı oteldən ayrılarkən fanat və paparazilərin hücumuna məruz qalır. Qaçıb maşınına oturmaq istədiyi vaxt bir fotoqraf onun uzun qara paltarının ətəyinə çıxır və Kimin şəkillərini çəkməyə başlayır. Bu da azmış kimi cütlük qırmızı xalça üzərindən keçərkən Amy Shumerin qeyri-adi hərəkətləri rastlaşırlar. Belə ki, Amy qırmızı xalça üzərində sürünə-sürünə hərəkət edirdi. Yerlərdə sürünən məşhura təəccüblə baxa-baxa qalan cütlük birtəhər qala gecəsinin keçirildiyi zala daxil ola bilib.