Sarışın aktrisa kameralar qarşısında - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 393
Səs ver:
(səs: 3)
Tanınmış kinoulduz Şarliz Teron (Charlize Theron) yarıçılpaq soyunaraq kameralar önünə keçib.

Dünya şöhrətli aktrisa məşhur "W Magzine" jurnalının may nömrəsinin üz qabığında çəkilib.

Fotosessiyanı fotoqraflar Mert və Markus reallaşdırıblar. Sarışın aktrisa seksual pozalar verməklə yanaşı, yeni çəkildiyi filmlərdən və Şon Pennlə münasibətlərindən danışıb.

Şarliz Teron 7 avqust 1975-ci ildə Cənubi Afrikanın Benoni şəhərində dünyaya göz açıb. Aktrisa kasıb ailədə böyüyüb. Qısa bir müddətdən sonra balet təhsilini təkmilləşdimək üçün Yohannesburq şəhərinə dəvət alır. Orada oxumağa başlayan aktrisa artıq 13 yaşı olarkən bədbəxt hadisə baş verir. Valideynləri arasında baş verən münaqişə nəticəsində anası atasını qətlə yetirir. Əvvəlki həyatına qayıtmağa risk etməyən aktrisa anasını yalnız qoyaraq İtalyaya gedir və orada model olaraq işləməyə başlayır. Milanda bir agentliklə müqavilə imzaladıqdan sonra bir çox məşhur jurnalların üz qabığında rəsmləri çap olunur.

Bir il sonra 1992-ci ildə Nyu-York şəhərinə köçür. Bir daha heç vaxt modellik etməyəcəyinə söz verir və aktrisa olmağı qarşısına məqsəd qoyur. Nyu-Yorkda "Joffrey" adlı məktəbdə rəqs dərsləri alır. Bir çox balet tamaşalarında oynayır. Həmin illərdə onunçün bədbəxt hadisə baş verir. Dizindən ağır zədələnir. Bu zədə onun professinal rəqqasə olma xəyallarının üstündən xətt çəkir. Daha sonra Hollivuda gedən aktrisa müxtəlif işlərdə çalışmağa başlayır. Teron kinoda istedadının kəşf edilməsini 1994-cü ilə qədər gözləməli olur...

 

 

 

 

 

(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 393
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri