Röya: "Mən azad insanam, çərçivələrə düşməyi sevmirəm" - FOTOLAR

Müəllif: NoName
Şərhlər: 29
Baxılıb: 1560
Paylaş:
Səs ver:
(səs: 3)
 "Bakı 2015" Avropa Oyunlarının elçisi kimi o, ölkəmizə çox böyük töhfə verəcəyinə inanır. O, fəxr edir ki, Azərbaycana düşən bu yükün cüzi bir hissəsi olsa da, onun öhdəsindədir. Milyonların sevimlisi, Azərbaycan estradasında xüsusi, fərqli dəsti-xətti olan, əvəzolunmaz ifaları ilə ürəklərdə kök salan  Röya Ayxanla səmimi söhbətləşdik.

Müsahibə verən tanınmış ifaçı ilə qısa müddət ərzində çox şeylərdən danışdılar. Maraqlıdırsa siz də oxuyun:

- Ulduz səfirimiz özünü necə hiss edir?
- (gülür-red) Çox gözəl. Ulduz səfir olasan, özünü necə hiss edərsən ? Əla.

- Hazırlıqlar gedir, artıq çox az qalıb.
- 12 səfirdən biriyəm. Heç ağlıma gəlməzdi ki, mənə avarçəkmə düşə, istəyirdim voleybol olsun. Ancaq, sonra Elçin müəllim ilə tanış olduq, o hər bir şeylə məni tanış etdi. Və mən fəxr etdim ki, nə yaxşı mən məhz avarçəkmə üzrə ulduz səfir seçildim. Bütün dövlətlərdə bu cür ağır oyunların hazırlanması üçün çox uzun müddət gərək olur. Amma biz çox az müddətə hazırlandıq.  Cəmi 30 aya... Buna görə Mehriban xanıma, Cənab Prezidentimizə minnətdarıq. Bütün idmançılarımıza da uğur arzu edirəm. Qoy səsimiz həmişə yüksəklərdən gəlsin.

- Səsiniz tutulanda ilk qorxunuz nə oldu ?
- Səsim əslində tutulmadı. Sadəcə hiss etdim ki, mən istədiyim kimi oxuya bilmirəm. Mən o halda konsert vermişəm, heç bilirsiniz? İki ay bundan əvvəl konsert verəndə artıq səsim nasaz idi.

- Amma çox hiss olunmurdu...
- Yox-yox, sizə elə gəlir. Musiqiçilər və mən bunu çox yaxşı anlayırdıq. Sadəcə deyirdim ki, yəqin stressdən olub, keçib gedər. Amma demək ki, yox. Əsəbdən qışqırmışam, soyuq su içmişəm, səs telləri partlayıb.

- Oğlunuz Hüseynə hansısa qadağa qoymusuzmu?
- Yox. Bir söz deyim, vallah inanmayacaqsız. Hələ bu vaxta kimi ora getmə, bunu yemə, bunu demə qadağasını oğluma qoymamışam. Elə  bil ki, o böyük doğulub, balacalığa doğru gedir. Ona əlavə söz deməyə ehtiyac olmur. Mən onu necə görmək istəyirəmsə, elə görürəm.

- Bəs o sizə böyüyəndə "ifaçı olma, oxuma” qadağasını qoyarsa, o zaman necə olar münasibətiniz?
- Məncə o elə qadağa heç zaman qoymayacaq. Çünki Hüseyn sənətdən uzaqdı və onun başqa dünyası olduğuna görə, o bu sənətə hörmət də edəcək, sevəcək də... Bu sənət pozğun sənət deyil. Niyə axı, oğlum mənə qadağa qoysun?

- Ancaq bəzi müğənnilər hətta deyir ki, oğluma müğənni qız almaram.
- Boş-boş söhbətlərdi. Mənim oğlum ifaçı qız sevərsə, bu onun öz işi olacaq, evlənsə də, aldatsa da, boşansa da bu onun şəxsi həyatı olacaq, özü bilər. Ona görə Hüseyn rus və ingilis dilində oxuyur. Azərbaycan dilini onsuz da biləcək. Və o 3-cü sinifdən sonra xaricdə yaşayacaq. İnşallah planlarım belədir ki, oğluma tamam başqa dünya qura bilim.

- Hüseyni xaricə yollamaqda əsas səbəb nədir ?
- Çünki, mən istəmirəm oğluma məktəbdə desinlər "ay sənin maman müğənnidir? Belə-elə”... Bu gün mənim oğluma Rəfael və Coşqun sual verdilər ki, sənin anan kimdir. Bilirsiz nə cavab verdi ? Anam ATV-də işləyir. Nədir-nədir bir dəfə məni ATV-də efirdə görüb. O ya bağçada olurdu, ya da ki, hazırlıqda, mənə baxmaq imkanı olmurdu. Ən yaxşısı elə mənə baxmasın, onun öz arzuları və düşüncəsi olsun. Bir də o qələt edər mənə deyər ki, sənəti at.

- Həyatda sevgi bir dəfə olur, yoxsa Röya bir neçə dəfə sevə bilər ?
- Mən azad insanam, çərçivələrə düşməyi sevmirəm. Sevmək mənimçün həyatda hər dəfə ola bilər. Sevgi bir dəfə olmur. Hər il insan sevə bilər, çünki hər insanı fərqli sevirsən. Eyni cür sevgi olmur, sevmək olmur...

- Rəsmi boşanma olubmu ?
- Bəli, artıq rəsmi boşanmışam.

- Bəs ikinci evlilik barədə düşünürsüzmü?
- Bu barədə heç düşünməmişəm. Amma, bəlkə də xarici vətəndaş olsa, bu barədə düşünə bilərəm. Amma rəsmi evlilik barədə düşünmürəm. Bir evdə bir insanla yenidən yaşamaq... Nə bilim, heç düşünmürəm. Çünki əsəblərim yerində deyil. Mən bir dəqiqənin içində müxtəlif cür oluram. Mən çılğın adamam.

 

 

 

 

 

 


loading...
(səs: 3)
Şərhlər: 29
Baxılıb: 1560
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Sucan
Ozu bilsin menim fikrimce nese isler cevrir.
25 aprel 2015 23:00
29
Offline
Almela
royam menim allah sesine guc versin cox sevirem royanin mahnilarini heart
25 aprel 2015 22:29
28
Örtülü defterim, bagli kitabim,Men senin qelbine nece yol tapim...
Offline
emis
olmemisde get gede gozellesir o cirkin royadan eser-elamet qalmayib birce birazda geyimine fikir verse abirri geyinse tam gozume girecek, yavas yavas xosluyuram fotolarda da ela dusub bele sac yarasib geyimini hele ayri beyendim 07 semimi musahibe alinib ugurlar
25 aprel 2015 21:50
27
Offline
Qlamurr
Əslində Röya ağıllı qadındı,bilirki oğlu burda yaşasa gələcəkdə istədiyi kimi yaşıya bilmiyəcək,hardasa işlərinə qarışacaq,ancaq xaricdə yaşamaq,təhsil dünyagörüşünü fərqli şəkildə inkişaf etdirəcək,anasının etdiklərinə də normal baxacaq.Demək məqsəd mühitini dəykşdirməkdi,yoxsa təhsildə onsuzda harda olsada savadlı olacaq,bu məlum məsələdir.
25 aprel 2015 00:51
26
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
SENSİZ
roya cox gozellesib bele ki onlar ucun normal bir seydi sefir secildiyini bilmirdim
24 aprel 2015 22:40
25
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
Ayten666
Goresen onu sefir secen deyilki yeni aski
24 aprel 2015 21:58
24
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Offline
Luna-90
Axx roya az bilmirsen oglunu 9yasindan buralardan uzaqlasdirirsanki senin haqda hecne esitmesin .atan 2qardasin bilib neyniyibki hele seni alan eri demirem qalib oglun ne deye .
24 aprel 2015 20:37
23
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
rəmsə
Məncə xarici vətəndaşla evlənmək istəyir ki,bəzi keçmiş zibillərindən xəbərdar olmasın.Yoxsa niyə dönə-dönə xarici vətəndaşla evlənmək istədiyini vurğulasınki,həm də bu yolla xarici vətəndaşlara mesaj yollamış olur)))
24 aprel 2015 19:54
22
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
nisanliyam
roya sirin xanimdi seside cox gozeldi ama heyifki ozunu duzgun hesab edir
24 aprel 2015 19:41
21
Offline
WiRiN BaLaM
oxumadimm
24 aprel 2015 17:40
20
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
Baharim ol
Usaga qadaga qoyduqca qadaga qoyulanin ustune gedir.mence duz eleyir.kas menide rus dilinden ingilisden muellim yanina qoyardilar.ustumde berk dayanardilar.
24 aprel 2015 17:07
19
Ama yenede
Offline
Catwoman666
Royanin xasiyyetimi beyenirem yemi sen siltaq qizdi. Ozunu sevir) sehme performansi da eladir
24 aprel 2015 16:21
18
Viking
Offline
Yusif Ulker
royani cox sevirm
24 aprel 2015 15:51
17
Offline
talis balasi
eteyine bayildim hec musahibeni oxumadim
24 aprel 2015 15:45
16
Offline
vipbetul
maraqli musahibedi
24 aprel 2015 15:43
15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
tek umidim sen
hami azaddi hec kes cerciveye dusmeyi sevmir onsuzda,menasizzzz
24 aprel 2015 15:31
14
Ne mutlu TÜRK'üm diyene!...
Offline
aliceWOnDer
eşi neynirsən ərə getməyi get kef elə
24 aprel 2015 15:27
13
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Meleknur
İlde birini sevmek o sevgi deyil ujey konul eylencesidi Allah uzag elesin
24 aprel 2015 15:12
12
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
Dosta_inam
çox gözel,sefir seçilibmiş xeberim yox idi,uğurlar her sahede.
24 aprel 2015 15:05
11
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Fialka
Fərqli düşüncəyə sahib birisidir və bir o qədər də yad , oğlu haqqında söylədikləri fikir haqqında bir şeyi bəyəndim oğlunun istəklərinə qarışmır, seçimi ona buraxır buda onun bir fərd kimi formalaşmağına köməkdi..
24 aprel 2015 15:03
10

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv