Günay: “İnsanı sevirsənsə, onu necə var, elə də qəbul eləməlisən” - MÜSAHİBƏ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 546
Səs ver:
(səs: 6)
 "Bizimkilər”in budəfəki müsahibi Günay Baxşəliyevadı. Zərif və kövrək qəlbli Günayımızı siz də yaxından tanıyın...

- Günay, indiyə qədər ən çox nəyə təəccüblənmisiniz?
- Əslində, televiziya mühitində təəccübləndirəcək səbəblər hər gün olur. Deyir, qulaq gündə bir söz eşitməsə, kar olar... Çox tez-tez təəccüblənirəm.

- Deyirlər ki, qadın zəif məxluqdur... Bir qadına bu sözün yanlış olduğunu isbatlamaq üçün nələr lazımdır?
-  Mən deyərdim, qadın zəif yox, zərif, incə məxluqdur... Adətən qadınlar özlərini zəif göstərməyə çalışırlar. Belə deyək, özlərini zəif göstərərək daha da güclü olurlar.

- Bəyənmədiyiniz xüsusiyyətiniz var?
- Çox kövrəyəm... Düşünürəm ki, xəbər aparıcısı olsaydım, hər hansı faciəli hadisəni çatdıra bilərdimmi? O sualı özümə həmişə verirəm.

- Zaurla yola getmək çətin deyil ki?
- Bir-birimizi yaxşı başa düşürük...

- Onun ən çox bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyətləri hansılardı?
- Əslində, hər birimizdə bəyənilən və bəyənilməyən tərəflər var. İnsanı sevirsənsə, onu necə var, elə də qəbul eləməlisən, dəyişdirməyə çalışmamalısan.

- Yəni, bir-birinizi necə var, elə də qəbul eləmisiniz?
- Bəli. Elə ən böyük xoşbəxtlik də budur.

- Sosial şəbəkələrdə Zaurla eyni profiliniz var: "Zaur-Günay". Səhifəni bu cür yaratmaq kimin ideyasıdır?
- Mənim ideyam idi. 2013-cü ildə açdım. Adını da özüm qoydum. Əvvəl o qədər də maraq yox idi. Sonradan elə bil xəstəlik kimi oldu...

- Yəni, aktiv istifadəçisiniz?
- Bəli. İnsanların axınını gördük, bizi izləyirlər. Birlikdə istifadə eləyirik. Hər ikimizin telefonunda aktivdi. Elə vaxt olur ki, eyni anda ikimiz birdən şəkil yükləyirik, bir-birimizdən xəbərsiz. Bir də bizim instaqram səhifəmizi sındırmaq istəyirlər, qarşısını maksimum şəkildə almağa çalışırıq.

- Bir qadına ailə daha çox önəmlidir, yoxsa karyera? Və karyerasını ailəyə qurban verən xanımlara münasibətiniz necədir?
- Heç kəsin işinə qarışa bilmərəm. Hərənin öz fikri var. Mənə qalsa, nə olursa-olsun, ailə daha vacibdir. Karyerada irəli getmək mümkündür, təhsildə də, amma ailədə olan o xoşbəxtliklər ki var, bütün uğurları çox-çox geridə qoyur. Təbii ki, karyera da vacibdir. Tərəfdarı deyiləm ki, qadın hər zaman evdə oturub biş-düş etsin, uşağa baxsın. Əslində, işlə məşğul olmaq qadının həyatına rəng qatır. Sadəcə, müəyyən dönəmlər var ki, onları keçirtmək lazımdı.

- Sizcə, gənc cütlüyün məşhur olmağının hansı mənfi tərəfləri var?
- Gərək məşhurluq havasından insanların beyinləri çönməsin. Mən özümü heç məşhur hesab eləmirəm. Məşhurluğun mənfi xüsusiyyətlərindən biri də odur ki, istədiyin bir yerə, məsələn, mağazaya girə bilmirsən. Hamı gəlir, diqqət göstərir. Çalışıram ki, sıxılmayım, amma təbii ki, hərəkətlərimə məhdudiyyətlər qoyuram.

- Üzr istəməyi bacarırsınız?
- Çalışıram, hər zaman elə addım atım ki, sonradan üzr istəməyim. Kiminsə qəlbinə dəyməyi xoşlamıram. Üzr istəmək lazım gələndə, istəyirəm, elə bir problemim yoxdu.

- Müasir mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımızla maraqlanırsınızmı? Kimləri sevib-seçirsiniz?
- Kitab oxumağı çox sevirəm... Son zamanlar bu gərgin iş qrafiki ilə bağlı çox vaxt ayırıb kitab oxuya bilmirəm. İndi daha çox ingilis dilində kitablar oxuyuram.

- Tibbi veriliş aparmağa başladığınızda bəziləri dedilər ki, alınmayacaq. Amma zaman göstərdi ki, Siz bu işin öhdəsindən məharətlə gəldiniz. Əvvəlcədən tibbi sahəylə maraqlanırdınız?
- Əslində, bu verilişin uğurlu alınmasının səbəbi həkim olmaq istəyimlə bağlıdı. Mən həkim olmaq istəyirdim, imtahanlara üç ay qalmış valideyinlərim dedi ki, həkim olmayacaqsan. Apardığım verilişdə də mənə çox rahatdı. Çünki bildiyim şeydən danışıram. Hərdən elə olur ki, həkimlərdən çox danışmağa başlayıram. Bir də o həkimləri sevirəm ki, danışanda tamaşaçı onları anlaya bilir. Elmi dildə, terminlərlə danışmaq bəzən yorucu olur.
(səs: 6)
Şərhlər: 12
Baxılıb: 3 546
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri