Ramina Abbasova: “Sevən insan özü sevəcək, heç nəyə baxmayacaq” - MÜSAHİBƏ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 651
Səs ver:
(səs: 3)
Ramina xanım gözəl, yaraşıqlı olduğu qədər də, xoş auralıdır. Səmimi olduğu ilk baxışdan nəzərə çarpır. Onun bir üstünlüyü də, mütaliəli olması, ingilis dilində səlist danışması və oxumasıdır. Sevdiyi yazıçı Oskar Uaylddır… Təbii ki, sevimli yazıçısının "Dorian Qreyin portreti” əsərini də ingilis dilində oxuyub…

- Daima formada qalmaq üçün çox əziyyət çəkirsən?
- Əslində, elə əziyyət çəkmirəm, çünki yemək  yeməyi sevmirəm. Gün ərzində iki dəfə yemək yeyirəm. İdmanla məşğul olduğum üçün daim belə formada qalıram.

- Açıq-saçıq şəkillər çəkdirirsən... Şəxsi həyatında problem yaranmır ki?
- Açıq-saçıq şəkillər iki cür olur: biri var alt paltarında çəkiləsən, bir də var, şortda və mini ətəkdə. Çimərlik paltarında fotosessiya təklifi gəlmişdi, qəbul etmədim. Ancaq məşhur reklam çarxlarına təklif gəlsə, problem deyil, çimərlik paltarında da çəkilərəm.

- Evdə necə, pis baxmırlar ki, bu peşəni seçdiyinə?
- Evdə normal qarşılayırlar. Bircə şəhərdən kənara getməyimə razı deyillər...

- İndiyə qədər sənə verilən hədiyyələrdən xoşuna gələni və gəlməyəni hansılardır?
-  Ən yadımda qalan və xoşuma gələn həddiyyə 3 ay əvvəl Fransadan gəlib. Tanımış fransız parfümeriya brendlərindən birinin müdiri M. Micallef  parfümün üstünə mənim adımı yazdırıb, göndərmişdi. Sadə hədiyyələr heç yadımda qalmayıb... Kitab hədiyyə edəndə elə də xoşlamıram. Mənə elə hədiyyə adi gəlir..

- Kitab oxumağı sevmirsən ki?
- Xoşlayıram...

- Model sənəti ilə məşğul olan insanlar arasında savadlıları azdır... Niyə kitab oxumursunuz ki?
- Düz deyirsiniz. Amma mən Xarici Dillər Universitetini bitirmişəm. Bu il də magistaturaya qəbul olmuşam. Mən mütaliəyə çox yer verirəm.

- Evdə kitabxanan var?
- Əlbəttə.

- Bizim modeller içində ən çox kimi bəyənirsən?
- Var, amma adlarını demək istəmirəm. Kiminsə adını çəksəm, o birini çəkməsəm, incəyər məndən... Kişi modellərin adını çəkə bilərəm. Pərviz Əliyev, Rüstəm Cəbrayılov...

- Özünü cəlbedici, cazibədar model kimi görürsənmi?
- Mən heç vaxt demirəm ki, ən birinci model mənəm. Hamı məni bəyənir, izləyir. Bu  o deməkdi ki, cazibədar və gözələm. Amma özümü çox da tərifləmirəm. Kimsə məni bəyənə bilər, kimsə də başqa bir modeli...

- Evlənmək barədə nə düşünürsən? Səncə, bu peşə ailə qurmağına mane olmayacaq ki?
- Ola bilər. Mən çox tərbiyəli ailədə anadan olmuşam, gözəl tərbiyə almışam. Sevən insan özü sevəcək, heç nəyə baxmayacaq. Bir də ki, mən pis heç nə etmirəm.

- Ailə həyatı qurmaq üçün namizədin varmı?
- Hal-hazırda yoxdu. Amma olub.

- Nə oldu bəs? Aranızdan qara pişik keçdi?
- Alınmadı... Xarakterlərimiz uyğun gəlmədi. Çox qısqanırdı məni. O, şou aləmindən idi.

- Müğənni idi? Adını deyə bilərsən?
- Bəli. Amma adını deyə bilmərəm.

- Barışmaq kimi fikrin varmı?
- Bilmirəm. (Gülür) Amma xarakteri dəyişməyəcək, bilirəm. Hələ də zəng edir danışırıq. Amma yenidən münasibət qurmağı düşünmürəm.

- İndi gəncsən, gözəlsən... Bəs gələcəkdə nə edəcəksən
- Ona görə oxuyuram. Təhsilim var. Gələcəkdə tərcüməçi kimi işləyəcəm. Mən özümü tərcüməçi, bir də müəllimə kimi görürəm...

- Model sənətiylə məşğul olanların çoxuna kişilərdən cürbəcür təkliflər gəlir. Sənə gəlirmi belə təkliflər?
- İnsanın özündən çox şey asılıdır. Mən kişilərlə dost münasibəti saxlayıram, onlar da mənə hörmət edirlər.

- İndi bəzi modellər  heç yerdə işləmirlər, amma çox bahalı avtomobillərdə gəzirlər. Bu necə olur?
- (Gülür). Model kimi ən yüksək qonorar bizdə 500-600 manatdır... Kim necə bacarır, elə də edir. Mən taksi ilə gedib gəlirəm.  Maşın sürə bilmirəm.

- Deməli, maşın sürə bilsəydin, sənin də maşının olardı? Aldırardın?
- O zaman atam alardı.

- Bəlkə başqalarına ataları alıb?
- Onlara maşın alan başqa atalardı... Mənim bir atam var.

- Nə əcəb səni obraz kimi seriallarda görmürük? Yoxsa  təklif yoxdu?
- Təkliflər çox olub. Əvvəlcə ssenariylə maraqlanıram, xoşum gəlmir, ona görə də qəbul etmirəm. Qısametrajlı filmlərdə çəkilmişəm. Aparıcı kimi təkliflər də gəlib. Sadəcə, təhsilimlə bağlı vaxt olmur deyə qəbul etmirəm. Belə də "Bacanaqlar"da, "Bozbash pictures"də rol almışam.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 4 651
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri