Məşhur keçmiş futbolçu David Beckham bir neçə gün əvvəl 40 yaşını qeyd etmək üçün ata-anası, bacısı Joanne, həyat yoldaşı Victoria Beckham və övladları ilə birlikdə öz şəxsi təyyarəsi ilə Moroccoya uçmuşdular.Uçuşdan öncə David-Victoria cütlüyü öz şəxsi təyyarələrinin yanında şəkil çəkdirib sosial medyada paylaşmışdılar.
5 ulduzlu lüks bir oteldə 40 yaşına keçən Beckham həyat yoldaşı ilə çəkdirdiyi selfini İnsagramda paylaşdı və şəklin aşağısında bu sözləri qeyd etməyi də unutmadı : " Belə möhtəşəm ad günü partisi üçün gözəl həyat yoldaşıma təşəkkür edirəm!”
Partidə Beckhamin ən yaxın ailə üzvlərindən başqa məşhur popgrup "Spice girls” , David Gardner, Eva Longoria, Gordon Ramsay, Liv Tyler kimi məşhurlar da iştirak edirdi.
Qadınlar.biz David Beckhamın ad günündən şəkilləri sizlərə təqdim edir.