Validə Abbasova: "Bir-birimizə lazımıq, yanımızdayıq"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 343
Səs ver:
(səs: 4)
İsveçrədə yaşayan "Miss millenium” gözəli Validə Abbasova Bakıya qayıdıb.

Açıqlama verən keçmiş model paytaxtdakı dəyişikliklərə heyran qaldığını deyib:

"Təəssüflər olsun ki, Bakıda çox qala bilmirəm. Hər dəfə buraya gələndə paytaxtdakı dəyişiklikləri görüb, heyran qalıram: yollar tərtəmizdir, hər yer gözəlləşib. Yeni restoranlar açılıb. Xaricdə çoxlu dostlarım var – İtaliyada, Fransada, İsveçrədə. Onlara fəxrlə ölkəmizin gözəlliklərini göstərirəm. Onların əksəriyyəti mənim sosial şəbəkədə paylaşdığım fotolardan sonra Bakıya gəlib. Bir çoxları isə buraya gəlməyə hazırlaşır. Yaxın günlərdə Bakıda gözəl hadisə baş verəcək – "Bakı 2015” Avropa Oyunları. Nə qədər gənc paytaxtımıza gəlib, o hadisəni görməyi arzulayır".

Qızı Kamilladan danışan V.Abbasova onun şəxsi həyatı ilə bağlı açıqlamalar verib:

"Fəxr edirəm ki, qızım təkcə gözəl yox, həm də ağıllıdır. O, iyulda universiteti bitirəcək. Onun şəxsi həyatı ilə bağlı çox danışmaq istəmirəm. Amma onu deyim ki, tez ailə qurmaq istəmir. Övladımın istəyi mənim üçün qanundur. Nə vaxt istəsə, onda da sevdiyi insanla ailə quracaq. Onunla maraqlananlar çoxdur, mən də buna görə deyirəm ki, nişanlıdır. Kamillanın şəxsi həyatı təhsildən sonra gəlir. Qızım dərslərinin çoxluğuna görə mənimlə birlikdə Bakıya gələ bilmir".

Sevdiyi insandan danışan "Miss millenium” gözəli ailə qurmağı düşünmür:

"Sevdiyim insanla xoşbəxtəm, münasibətlərimiz yolunda gedir. Toy haqqında düşünmək isə hələ tezdir. Bir-birimizə lazımıq, yanımızdayıq. Status xatirinə ailə qurmağı sevmirəm. Tələsmək mənə lazım deyil. Nədənsə narahat olan insanlar tələsər".
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 2 343
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri