Dəhşətli qətlin sirri: Qardaş qardaşı arvadını sevirmiş – Video

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 5 142
Səs ver:
(səs: 4)
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Tovuzda dəhşətli qətl hadisəsi baş verib. Rayonun Əlimərdanlı kənd sakini Müşfiq Hüseynov kimliyi bilinməyən şəxslər tərəfindən güllələnərək öldürülüb.

43 yaşlı fermerin cəsədi özünə məxsus avtomobilin yük yerində, kənd qəbristanlığının yanında tapılıb.

Qətldə təqsirli bilinən mərhumun həyat yoldaşı Ruziyə Hüseynova və qardaşı Akif Hüseynov polislər tərəfindən həbs ediliblər. Onların qətli müştərək formada törətdikləri bildirilir.

Hadisə ilə bağlı Tovuz rayon Prokurorluğu tərəfindən aparılan araşdırma davam etdirilir. Qətlin hansı səbəbdən törədilməsi hələ ki, açıqlanmır.

İlkin məlumata görə, qətlə gizli sevgi səbəb olub. Belə ki, Asif və Ruziyyə hələ məktəb illərindən bir-birlərini sevirmişlər. Lakin Müşviq Asifin sevgilisi Ruziyyəni qaçıraraq onunla ailə həyatı qurub. Onlar 16 il bir yerdə yaşayıblar. Balaca qardaş Asif isə bu vaxta qədər ailə həyatı qurmayıb. Məlumata əsasən sabiq sevgililər Müşviqdən gizli formada münasibətlərini davam etdirib. Bu müddət ərzində Müşviq öz ailəsi və qardaşı Asiflə birgə öz ata evlərində qalıblar. Son üç ayda Müşviq Hüseynov Rusiyada olub və qətlə yetirilməmişdən cəmi iki həftə əvvəl evinə qayıdıb.

Məlumatı kənd icra nümayəndəliyindən təsdiqləyiblər.

Qeyd edək ki, mərhumun bir oğlu və bir qızı var. Qızının 13, oğlunun isə 10 yaşı var.

Xatırladaq ki, Tovuzun Əlimərdanlı kənd sakini, 2 uşaq atası Müşfiq Hüseynov baş nahiyəsindən güllələnərək qətlə yetirilib.


(səs: 4)
Şərhlər: 11
Baxılıb: 5 142
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri