Daha bir türkiyəli müğənni paytaxtımızın qonağı olub.
İfaçı İrəm Derici ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən Gül bayramına və Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr edilən konsertdə oxuyub.
Fotolarını sosial şəbəkədə paylaşan müğənni "Təşəkkür edirəm Bakı. Yenidən görüşəcəyimizə ümid edirəm" sözlərini yazıb.