Beren Saatın "Fatmagülün suçu ne?" serialı İranı qarışdırdı!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 771
Səs ver:
(səs: 7)
2010-cu ildə Beren Saatın ekranların fenomeni halına gələn serialı İran xalqını ayağa qaldırdı. Belə ki, iranlı rejissor Ziyaettin Dorri "Fatmagülün suçu ne?” serialından təsirlənərək dövlət televiziyası üçün "Zeynebin suçu ne?” adlı yeni bir serial çəkmək istəyib. Lakin İranda dini mühafizəkar qurumlar "Türk serialları ailə düzəninə zərər verir!” deyərək sərt reaksiya verib.
Qeyd edək ki, Vedat Türkalının senarisini yazdığı "Fatmagülün suçu ne?” kinosundan çəkilən eyni adlı serial, dörd gəncin toplu təcavüzünə uğrayan və aralarından biri ilə evlənmək məcburiyyətində qalan gənc bir qızın hekayəsindən bəhs edir.

Yeni serialını çəkmək üçün televiziyadan büdcə istəyən və dəstək gözləyən iranlı rejissor Ziyaettin Dorri serialın İran versiyasında "İslami özəllikləri” ön planda tutacağını,  "əxlaqi dəyərlərə” önəm verəcəyini və serialı İran mədəniyyətinə uyğun bir şəkildə çəkəcəyini söylədi.

İrandakı qalmaqalın ardından Beren Saat türk qəzetlərindən birinə "Ne kadar tanıdık...” başlıqlı bir yazı qələmə aldı: "... Təhsil haqqından yararlana bilməyən, küçəyə çıxarkən nə geyəcəyini seçə bilməyən, evlilik qərarında heçə sayılan, çoxarvadlılığa razı qalmağa məcbur olan, rəsmi qeydiyyatda olduğu üçün istəmədiyi bir kişi ilə cinsi əlaqədə olmaq məcburiyyətində olan qadınlar təcavüz edilmiş sayılmırmı...”
(səs: 7)
Şərhlər: 12
Baxılıb: 2 771
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri