Elnur bu gün "Eurovision 2015" də çıxış edəcək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 669
Səs ver:
(səs: 3)
Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində "Eurovision 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq.

"Wiener Stadthalle" arenasında baş tutacaq gecədə 17 ölkənin təmsilçisi səhnəyə çıxacaq.

"Eurovision”ın final günü mayın 23-də baş tutacaq.

Təmsilçimiz Elnur Hüseynov bu gün  11-ci nömrə altında çıxış edəcək. O, "Hour of the Wolf” mahnısını səsləndirəcək.

Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır.

Birinci yarımfinalda Albaniya, Rusiya, Rumıniya, Serbiya, Belarus, Yunanıstan, Macarıstan, Estoniya, Almaniya və Ermənistan finala vəsiqə qazanıb.

Qeyd edək ki, keçən il Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Eurovision-2014” mahnı müsabiqəsini Avstriyadan Konçita Vurst "Rise Like a Phoenix” mahnısı ilə qazanmışdı.
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 2 669
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri