Elnur Hüseynov: İnsanlar sanki plastmasdan olublar - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 393
Səs ver:
(səs: 3)
"Mən xoşbəxt olmaq istəyirəm”.

Bir çox sahələrdə özümü sınamışam. Diş düzəltmə texnikası ilə maraqlanmışam. Sonra başa düşdüm ki, bu, mənlik deyil. Saç ustası, stilist kimi fəaliyyətə başladım. Bu işdə də uzun müddət davam edə bilmədim. Müştərilərlə yola getmirdim. Gəlib şəkil göstərirdilər ki, mənə bu cür saç düzümü et. Cavab verirdim ki, axı sənin başında bu qədər tük yoxdur, saç yapışdırım? Bəziləri də nəsə edirdin, bəyənmirdi. Stilistlik bacarığım öz işimə yarayır. Harasa gedəndə artıq nə cür görünəcəyim üzərində uzun müddət düşünmürəm. Saçlarımı özüm kəsməyi bacarıram. Bir də ki, nə vaxtsa, səsim batsa, ac qalmayacağıma əminəm”.

Bu barədə "Eurovision-2015”-in Azərbaycan təmsilçisi Elnur Hüseynov "Nargis” jurnalına verdiyi müsahibəsində bildirib.

Elnur deyir ki, onun ilk çıxışı Rəşid Behbudov adına Mahnı teatrında olub:

"Mən o zaman Asəf Zeynallı adına musiqi məktəbində oxuyurdum. Kompozisiyanı ifa etdim, səhnəyə çıxıram və ... başım fırlanıb öz konsertmeysterimin üstünə yıxılıram. Mən çox emossional adamam, səhnədə bağıra və ya lazım olmayan notu götürə bilərəm... çünki emosiyalar tüğyan edir. İndi müəyyən qədər rahatam...”.

"Eurovision-2008”-də iştirakından danışan Elnurun sözlərinə görə, o zaman onun xoşuna gəlməyən məqamlar var idi:

"Amma unutmayaq ki, mənim 21 yaşım var idi, mən "kiçik” idim, enerji dolu idim. Bundan başqa, xarakterimdə düşündüyümü demək var. Bu isə həmişə yaxşı deyil. İndi bir qədər böyümüşəm, nəyin və nə vaxt yan keçməyin lazım olduğunu, nə ilə razılaşmaq, nəyə isə sadəcə əlini yelləmək lazım olduğunu bilirəm... Bunu bacarırsansa həyatda çox şeyə nail olacaqsan. Həm də biz birinci idik, bu isə hər zaman çətindir! Altı ay müddətində 21 ölkədə olmaq lazım idi... Digər iştirakçılar üçün asan idi, onlar düzgün addımı atmağı bacarırdılar, kiminlə salamlaşmağın, kimdən isə üz döndərməyin lazım olduğunu bilirdilər.

İndi pərdə arxasında əsl cənnətdir! Komandada bacım var, o məni make-up edir, eləcə də yaxın dostum Sitarə İbrahimova da bizimlədir. Yanımda hər zaman gözəl insan Hüsniyyə Məhərrəmova var. Biz onunla "Sing Your Song” layihəsindən tanışıq. Onların hamısı çox pozitiv insanlardır. Özünü birinci növbədə peşəkarlar, ikinci, doğma adamlarla əhatə etmək çox vacibdir. Çünki hazırlıq böyük stresslə əlaqədardır. Biz bu yaxınlarda uçmalı idik, və elə alındı ki, gecikdik. Bu, aviaşirkətin səhvi idi – onlar bunu etiraf etdilər. Hər şey yaxşı idi, amma yenə də stress yaşandı: Sən tələsirsən, əsəbiləşirsən – "Baqaj hanı? Baqajı itiriblər?!”.  

Elnur deyir ki, çox ümidlidir.

"Birincisi dörd yarpaqlı yonca tapmışam, birini Amsterdamda, birini isə Bakıda – mən inanclara uymasam da onları özümlə gəzdirirəm.

Türkiyədə İstanbula aşiq oldum. Həyat tərzini dəyişən, insana enerji verən möhtəşəm şəhərdir. Adətləri və dilləri bizimkinə yaxındır. Aktiv həyat tərzi keçirirsən, yeni insanlarla tanış olursan. Oradan aldığım enerji ilə yeniliklər etməyə hazırlaşıram. İsfar Sarabskinin yeni bir bəstəsini oxuyacam. Pop musiqisindən ibarət albom çıxaracam. Bizim müştərək layihəmiz Avropaya həsr edilib.

Elektron musiqi var, onu Türkiyədəki səslər ilə əlaqələndirmək istəyirəm... Pop-albom da olacaq. Amma bu, "vineqret” olmayacaq: mən hər şey qarışdırıldıqda sevmirəm. Artist dondan-dona girməyi bacarmalıdır, hər rol tam olmalıdır. Bu, ən böyük məharətdir”.

Elnur xoşbəxt olmaq istədiyini deyir:

"Çoxlu planlarım var. Bunları reallaşdırmaq üçün on il lazımdır. Harasa getmək arzusundayam. Bu, Hindistan da ola bilər. Təbiət qoynunda qalım. İnsanlar sanki plastmasdan olublar: onlar daha çox lovğalanır, bir-birinə daha az yardım edirlər. Həyatda neqativ hadisələr günü-gündən artır. Mən sakitlik istəyirəm. Daxilimdə sakitlik istəyirəm – həyatda vacib olan budur!”.

 

 

 

(səs: 3)
Şərhlər: 10
Baxılıb: 2 393
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri