18 kiloya qədər arıqlayan qadının fəryadı - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 6 767
Səs ver:
(səs: 4)
Kaliforniyanın San Clemente bölgəsindən olan Rachael Farrokh 10 ilə yaxındır ki, "anoreksiya nervoza” xəstəliyi ilə mübarizə aparır.

Aktrisa olan Rachaelin arıqlamağa başlamazdan öncə 56 kilo çəkisi varmış.Bir idman mərkəzində işləyən Rod Edmondson ilə bir-birinə aşiq olmuş, evlənmişlər.

Həyat yoldaşı keçmiş günlərində Rachaelin vəziyyəti haqqında bunları bildirib:

"Gözəl, bacarıqlı, olduqca sağlıqlı və çox ağıllı, çalışqan idi. Məktəb birincisi olaraq məzun olmuşdu. Mükəmməl biri idi.”

37 yaşındakı Rachael bu haqda :” İlk vaxtlarda sadəcə daha gözəl bir qarına sahib olmaq üçün kilo verməyə başladım. Lakin ardınca ani bir şəkildə işimi itirməyim və acı dolu keçmişimin də təsiri ilə hər şey kontroldan çıxdı…”

Rachael 56 kilodan 18 kiloya qədər enib. Bu vəziyyətdə onu heç bir xəstəxana qəbul etmiyib. Fədakar əri Rod işdən ayrılıb gəzə bilməyən həyat yoldaşına baxmağa başlıyıb.

Rod sevdiyi qadından ümidini kəsən hər kəsə inad, sosial medya ilə bir video paylaşmış və dəstək istəmişdir. Qısa zamanda həyat yoldaşının müalicəsi üçün lazım olan məbləğdən-100000 dollardan çox pul toplanmışdır.

Rachaelin ürəklər yandıran bu hekayəsi, heç bir professional dəstək almadan özbaşına pəhrizlər saxlayıb günlərlə ac qalan, orqanizmini düşünmədən ağır fiziki idman hərəkətləri edən insanlar üçün əsl ibrətamiz bir nümunədir.

Rachael xarici görünüşünü bəyənməyən insanlara belə səslənir: ”Həyatınızı, olmaq istədiyiniz görünüşlü insana çevirmək üçün heçə atmayın!”

 

 

 

 

 

 

 

(səs: 4)
Şərhlər: 13
Baxılıb: 6 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri