Elton Hüseynəliyev həyat yoldaşından ayrıldı - XƏYANƏT ÜSTÜNDƏ

Müəllif: Antikvar
Şərhlər: 10
Baxılıb: 6 233
Səs ver:
(səs: 3)
2 uşaq atası olan ifaçının hazırda mətbuatda yaxşı tanınan xanımla birlikdə olduğu bildirilir.

Tanınmış müğənni Elton Hüseynəliyev həyat yoldaşından ayrılıb.

2 uşaq atası olan ifaçının hazırda media aləmində yaxşı tanınan xanımla birlikdə olduğu və onların evlənməyə hazırlaşdığı bildirilir.

Cütlüyün Nuray və Məryəm adlı iki qız övladı var. Onların rəsmən boşandığı barədə məlumatlar yoxdur.

Tamilla xanım bu barədə danışmaq istəmədiyini bildirdi: "Qoy birinci Elton açıqlama versin. Bilmək istəyirəm o nə deyəcək. Ondan sonra mən də danışaram".

9 illik ailənin dağlmasına səbəb xəyanət olub. Şou-biznes aləmində yayılan söhbətlərdə Elton Hüseynəliyevin adı zaman-zaman bəzi qadın müğənnilərlə birlikdə çəkilirdi.

Əslində, onların ayrıldığı barədə şayiələr artıq 2 ildir gəzir. Hətta keçmiş cütlüyün arasında yaşanmış mübahisə və münaqişələr üzündən Tamilla xanımın (Toma) xəstəxanaya düşdüyü xəbərləri də mediada yer almışdı.

Ailəsinin dağılmasını istəməyən Elton dəfələrlə bunu təkzib etsə də, sonunda bu baş verdi.

Elton Hüseynəliyevin ailəsinin dağılması illərdir birlikdə çalışdığı prodüseri Anar Mədətovla işbirliyinin bitməsilə nəticələnib. İfaçının uşaqlarının anası prodüserin xalası qızıdır.

Anar Mədətovdan ayrılan Elton artıq xeyli müddətdir məşhur prodüser Toliklə işləyir.

Müğənninin eks həyat yoldaşı da şou-biznes camiyəsindəndir. Toma kimi tanınan prodüser Eltonla evliliyə qədər bir çox müğənnilərlə çalışıb. Toma xanım hal-hazırda Günay İbrahimlinin prodüseridir.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 6 233
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri