İsveç kral ailəsinin 36 yaşındakı tək oğulları Carl Philip evləndi.
Əvvəllər erotik model olan Sofia Hellqvist filmlərdəki kimi yepyeni bir
həyata başlayır. Erotik modellikdən başqa fotomodellik edən və ofisiant
işləyən Sofia bu toy mərasimindən sonra "Varmland düşesi” adını da
qazandı.
2010-cu ildə İsveç kral ailəsinin dördüncü varisi
şahzadə Philip ilə ofisiant işlədiyi bir restoranda tanış olan Sofia "
Etdiyim heç bir işdən peşman deyiləm.O sınaqlar sayəsində mən, mən
oldum. Amma bugünkü ağlım olsaydı eyni seçimləri etməyə bilərdim.”
sözləriylə tənqidlərə cavab vermişdi.
Toy mərasimi İsveçin paytaxtı Stokholm şəhərində keçirildi. Toya dünya kral ailələrinin tanınmış üzvləri də qatıldı.
Qadınlar.Biz toy mərasimindən şəkilləri sizlərə təqdim edir.