ABŞ prezidenti Barak Obamanın ailə üzvləri – həyat yoldaşı Michelle
Obama, qayınanası Marian Robbinson, qızları Malia və Sasha Obamanın 7
günlük Avropa turu başlayıb.
Əvvəlcə Londona gələn xanım
Obamalar geyimləri ilə yenidən diqqət çəkiblər. Olduqca sadə geyinən
qızlarından fərqli olaraq Michelle Obama qara kəmərli, sarılı-mavili
gözqamaşdıran libası ilə bir daha fərqli geyim tərzini nümayiş etdirib.