Məşhur müğənni Janna Friske 41 yaşında xərçəngə məğlub oldu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 689
Səs ver:
(səs: 2)
Məşhur rusiyalı ifaçı Janna Friske uzun sürən xəstəlikdən sonra vəfat edib. Müğənni ilə vidalaşma mərasimi Moskvada "Krokus Siti Holl"da olacaq. Dəfn mərasimi isə iyunun 18-də Nikolo-Arxangelsk qəbiristanlığında keçəcək.
Qeyd edək ki, Janna Friske 1996-cı ildən "Blestyaşiye” qrupunda çıxışlarından sonra məşhurlaşıb. 2003-cü ildən uğurlu solo karyerasına başlayıb. 2013-cü il oğlu Platonu dünyaya gətirdikdən 6 ay sonra başında şiddətli ağrılar başlayıb və ona beyin xərçəngi diaqnozu qoyulub. ABŞ, Almaniya, Pribaltika və Çində müalicələr alan müğənni son üç ay idi ki, komada qalmışdı. Və müğənni 41 yaşında xərçəngə məğlub olub. Bu barədə müğənninin atası Vladimir Friske bildirib.
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 3 689
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri