Dünyanın seksual modellərindən olan İrina Şeyk Türk markasının siması seçilib.
Rusiyalı model fotoqraf Koray Birandın obyektivi qarşısına keçib. Bir-birindən cəsarətli pozlar verən İrina çəkiliş zamanı həmkarlarından fərqli olaraq, hər hansı kapriz göstərməyib. Koray mediaya açıqlamasında İ.Şeykin bütün heyətə hörmətlə yanaşdığını və necə pozlar verməyin lazım olduğunu bildiyini deyib.
O, fasilələr zamanı İrinanın əsasən meyvə-tərəvəz yeməyə üstünlük verdiyini, türk qəhvəsini çox acı hesab etdiyini söyləyib. Maraqlı məqam isə çəkiliş zamanı modelin sevdiyi musiqilərin səsləndirilməsi olub.