“Qarabağ Üçün Oxu-1” - Video

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 458
Səs ver:
(səs: 1)
"Qarabağ üçün oxu" - məşhur qlobal layihənin ("Playing for Change") Azərbaycan versiyasıdır. Layihə "Səslərimizi Qarabağ üçün birləşdirək!" şüari altında həyata keçirilir.

Qadınlar.Biz xəbər verir ki, AzVision.az-ın həyata keçirdiyi bu layihənin ilk buraxılışıda 150 peşəkar və həvəskar musiqiçi iştirak ediblər. Onların arasında bütün ölkədə tanınan və sevilən ifaçılar, o cümlədən, xalq artisti Flora Kərimova, İlham Nəcəfov, Natiq Şirinov, Şirzad Fətəliyev, Ehtiram Hüseynov, Mansurov qardaşları, Həsənağa Sadıqov və başqaları da var.

Layihə iştirakçıları 3 mahnı ifa ediblər: "Durnalar”, "Qarabağ” və "Yaşa, Azərbaycan”. Çəkilişlər Azərbaycanın 17 rayonunda aparılıb. Həmçinin 7 xarici ölkədən iştirakçılar da qatılıblar.

Qeyd edək ki, layihənin rəhbəri AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov, bədii rəhbər və aranjmançı gənc müğənni Rəmal Rəsul, rejissoru Elvin Rüstəmzadə, montaj rejissoru Azər Həsənov, koordinatorlar Yaqub İlyasov və Gülsüm Məcidovadırlar.


(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 458
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri