Həyat yoldaşı yaddaşını itirdiyi üçün görün nə etdi? - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 19
Baxılıb: 3 288
Səs ver:
(səs: 5)
Ceremi və Castis Stemperlər oxuduqları kollecdən bir-birini tanıyırlar və keçən ilin avqustunda onlar ailə qurublar.

Ceremi həmin gün dünyanın ən xoşbəxt insanı olduğunu deyir:

"Biz dünyanın zirvəsində və bütöv bir həyatı qarşıda olan gənc cütlük idik".

Toydan 19 gün sonra cütlük dəhşətli yol qəzası keçirir. Müalicədən sonra özün gələn Castis həyat yoldaşı ilə görüşür. O, toylarının necə olmasını və həmin günü xatırlamadığını deyir. Məlum olur ki, qəzadan əvvəlki 5 həftə travma nəticəsində qızın yaddaşından silinib.

Yaddaşını qaytarmaq üçün o, hər gün toy fotolarına baxır, amma nəticəsi olmur:

"Mən görürəm ki, Ceremi toyda mənə necə sevgiylə baxır. Amma xatırlamıram. Belə bir şeyin baş verdiyini yadıma salmaq istəyirəm".

Ceremi isə vəziyyətdən çıxış kimi maraqlı yol fikirləşib:

"Onun keçən günləri yada salmaq üçün etdiyi uğursuz cəhdlər mənə pis təsir edir. Və mən başa düşürəm ki, bunu onun üçün edim. Həyatımızın ən xüsusi gününü yenidən keçirək. O, xatırlasın deyə ikinci dəfə toyumuz olsun. Toyu hər iki tərəf unutmamalıdır. Vacib deyil ki, Castisin yaddaşı qayıdacaq ya yox. Onsuz da biz bunu yenidən edirik".

Bu xəbərdən sonra insanlar onların toyunda iştirak etməyə çalışırlar. Kimsə toy tortunu öhdəliyinə götürür, digəri toyda fotoqraf olmaq istəyir, təşkilati işlərdə kömək olmaq istəyirlər.

Toy bu il avqustun 1-də baş tutacaq.

 

 

 

 

 

 

(səs: 5)
Şərhlər: 19
Baxılıb: 3 288
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri