Türkiyəli aktrisa-aparıcı Ece Erken həyat yoldaşı Serkan Uçardan boşanmaq üçün məhkəməyə müraciət edib.
İki ay əvvəl Eymen adlı oğlu dünyaya gələn aparıcı əri boşandığı təqdirdə onu öldürəcəyini deyib. Erken iddia edir ki, hamiləlik zamanı yoldaşı tərəfindən dəfələrlə döyülərək xəstəxanaya aparılıb, hətta uşağını itirmək təhlükəsi ilə üz-üzə qalıb. Məhkəməyə verdiyi ərizədə Erken bildirib ki, yoldaşı ona "ayrılsan, səni öldürərəm” tipli hədə-qorxu mesajları yazır.
Məhkəmənin qərarına görə isə Serkan Uçar 3 ay müddətində həyat yoldaşına yaxınlaş və ona hər hansı təhqiredici söz deyə bilməz.