Bu gün, iyulun 7-i, ehtimal olunan ikinci Qədr gecəsidir

Müəllif: NoName
Şərhlər: 11
Baxılıb: 1037
Paylaş:
Səs ver:
(səs: 1)
Ramazanın 20-dən 21-nə keçən gecə (bu il iyulun 7-dən 8-nə keçən gecə) ehtimal olunan ikinci Qədr gecəsidir. Quran məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olub və ola bilər ki, bu, məhz Ramazanın 20-dən 21-ə keçən gecəsidir.

Məhz bu gecə Allah Quranı bəşəriyyətə nazil edib. Buna dair Müqəddəs Kitabda iki ayə var: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir”. ("Bəqərə”, 185) və "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!” ("Qədr”, 1). Bu ayələrdən aydın olur ki, Quran Ramazan ayında və Qədr gecəsi nazil olub.

Qədir gecəsinin konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər (s) və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının son 10 gününün tək gecələrindən biridir və daha çox ehtimal budur ki, 19, 21 və 23-cü gecələrindən biridir (27-ci gecə haqda da məlumat var). Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də tanınır.

Qədr gecəsi olduqca fəzilətli gecədir. Bu gecənin şəninə ayrıca bir surə nazil olduğu buna sübutdur. Məhz həmən surədə buyurulur: "Qədr gecəsi min aydan daha xeyirlidir!” ("Qədr”, 3).

Qədr gecəsi səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır. Bu gecənin müxtəlif əməlləri var. Onlardan bəziləri bunlardır:

1. Qüsl etmək.

2. Səhərə qədər məsciddə ibadət etmək.

3. İki rəkət Qədr gecəsi namazı qılmaq (bu namaz sübh namazı kimidir, amma hər rəkətdə "Həmd” surəsindən sonra 7 dəfə "İxlas” surəsi oxunur və namaz bitdikdən sonra alını səcdəyə qoyub 70 dəfə "əstəğfirullahə və ətubu ileyh” deyilir.)

4. Quranı baş üzərinə qoyub Allah, Peyğəmbər və imamların adlarına Allahı and verib bağışlanma diləmək.

5. İmam Əli (ə.s) və İmam Huseynin (ə.s) ziyarətnaməsini oxumaq.

6. 100 rəkət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar yaxşı olar ki, 6 günlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rəkətli namazın savabını ödəyir, həm də, 6 günlük qəza namazı qılınmış olur.

7. İmam Səccadın (ə.s) Qədr gecəsində oxuduğu duanı oxumaq.

8. Peyğəmbər və Əhli-beytinə salavat hədiyyə etmək.

Daha ətraflı: http://qadinla.com/cemiyyet/islam/36145-qedr-gecesinin-fezileti-ve-emelleri.html

loading...
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 1037
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Happy
Allah oruc ve dualari qebul etsin

Allah oruc ve dualari qebul etsin
9 iyul 2015 09:04
11
Offline
Catwoman666
men oyaq qaldim ve bir cox hadiselerin sahidi olaraq indiye kimi insanlar haqqinda fikirlerimin ne qeder duzgun oldugunu anladim........
8 iyul 2015 22:30
10
Viking
Offline
Dosta_inam
Allah bütün oruc ve dualarımızı qebul etsin,Allah razı olsun.
8 iyul 2015 18:39
9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
vipbetul
emel tmesi vagib olan emellerdir
8 iyul 2015 18:34
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Marta
Butun dunya muselmanlari elecede turkiye hemcinin rusiya da ki muselmanlar qedr gecesini iyulun13den14ne kecen gece bir gun qeyd edecekler. Lakin Azerbaycan iranin gosterisile 5;7;9u qeyd edir.ne deyim Allah qebul etsin haminin duasin
8 iyul 2015 00:27
7
Немного терпения, и у тебя все получится..
Offline
my_angel
İnşaallah bu gecə mən də başlayırm səhərə kimi namaz qılmağa. Allah qəbul etsin.
8 iyul 2015 00:13
6
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
aliceWOnDer
Allah bu gozel gecede etdiyimiz dualari , qildigimiz namazlari qebul etsin..Amin
7 iyul 2015 23:24
5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
yarpaq33
Allah edilen dualari ve ibadetleri qebul etsin Amin
7 iyul 2015 23:20
4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Fialka
Bu gecə ikinci Qədr gecəsidir. Allah bu gecə olan ibadətləri qəbul edər inşAllah Amin.
7 iyul 2015 22:30
3
Offline
BARBI
Insallah qedr gecesinde coxlu dualar edecem
7 iyul 2015 22:21
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
efsane..
Allah razi olsun
7 iyul 2015 22:15
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv