Emin Ağalarov: "Leyla mükəmməl insan, unikal anadır"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 858
Səs ver:
(səs: 3)
Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə boşandıqan sonra müğənni və "Crocus Group” şirkətinin vitse-prezidenti Emin Ağalarov "Səni unutmaq" mahnısına klip çəkdirib.

Ağalarov mahnının Leyla Əliyevaya həsr olunması ilə bağlı yayılan xəbərlərin mif olduğunu bildirib. Onun sözlərinə görə, mahnını Əliyeva ilə yollarını ayırmazdan əvvəl bəstələyib. Emin qeyd edib ki, mahnının məzmunu bir çox insanlar üçün yaxın görünə bilər.

"Hislər soyuya bilər, sevgi keçə bilər. Hətta əgər münasibətlər qurtarırsa, ürəkdə gecələr sakitcə yatmağa imkan verməyən nəsə qala bilər", - Ağalarov bildirib.

Emin etiraf edib ki, onun Leyla Əliyeva ilə münasibətləri çox gözəl olaraq qalır və onların doqquz illik nikahına xüsusi mahnı həsr olunmasına ehtiyac yaranmayıb.

"Leyla mükəmməl insan, tamamilə unikal anadır. Məndə uşaqların tərbiyəsi üçün ona minnətdarlıq hissindən başqa heç nə ola bilməz. Amma mən də həmçinin yaxşı atayam”, - deyə Emin qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl prezident İlham Əliyevin böyük qızı, ictimai xadim Leyla Əliyeva və həyat yoldaşı Emin Ağalarov birlikdə boşanma qərarını veriblər. Bu barədə ilk olaraq xanım Əliyeva sosial şəbəkədə bəyan edib.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 858
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri