"Öyle bir geçer zaman ki” ("Zaman elə keçir ki”) serialında Karolin obrazı ilə tanınan almaniyalı aktrisa Vilma Elles ana olub.
Aktrisanın doğuşu Amerikanın Çikaqo şəhərində xəstəxanalardan birində baş tutub. Vilmanın biri qız, biri oğlan olmaqla əkiz uşağı dünyaya gəlib. Aktrisanın həyat yoldaşı Kərəm Göyüş Vilma ilə əkizlərin vəziyyətinin yaxşı olduğunu söyləyib.
Qeyd edək ki, körpələrdən oğlanın çəkisi 3 kiloqram 400 qram, qızınkı isə 2 kiloqram 500 qram olub.