ABŞ-ın ən məşhur realiti-şou və erotik ulduzu Kim Kardaşyanın atalığı, cinsini dəyişərək Keytlin Cenner olmuş Bryus Cennerin artıq sevgilisi var.
65 yaşlı Bryus-Keytlin özü kimi transseksual olan aktrisa ilə görüşür.
Sabiq Olimpiya çempionu K.Cenner əvvəllər kişi olan, indisə qadına çevrilmiş 44 yaşlı aktrisa Kendis Keynlə sevgilidir.
İyunun 28-də, ABŞ-da eyni cinsdən olan şəxslərin nikahlarının leqallaşdırılması ilə bağlı Ali Məhkəmənin qərar verdiyi gün tanış olan Cenner və Keyn indi bir yaşayırlar.
Kendis Keyn əvvəllər aktyor Brendan MakDeniel idi. O, 1996-cı ildə çoxsaylı cərrahiyyə əməliyyatlarına məruz qalaraq qadına "çevrilmişdi".