TV8 kanalının rəhbəri Acun İlicalının yeni layihəsi "Rising Star"ın ("Yüksələn ulduz") münsiflər heyəti olacaq müğənni Demet Akalın və Gülben Ergen bir araya gəliblər.
Proqramı müzakirə etmək üçün Demet Gülbenin evində qonaq olub.
G.Ergenin oğulları Atlas, Aras, Güney və D.Akalının qızı Hira bütün günü əyləniblər. Analar uşaqların fotolarını İnstaqramda paylaşıblar.