"Vəhşi qadınam, anasız böyümüşəm" - Röya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 014
Səs ver:
(səs: 2)
Müğənni Röya Ayxan şou-biznesdə incəsənət adamlarına hörmət qoyulmamasından şikayətlənib.

Sənətçi "İncə sənət” verilişinə açıqlamasında maraqlı etiraflar edib:

"Mən vəhşi qadınam. Tək, atayla, anasız böyümüşəm. Bir müddət sonra isə atam da yanımda olmayıb, məni xalq böyütdü. Mənə söz deyəndə tez təsir edir. Məktəb vaxtlarımdan indiyənə kimi döyüləndə belə mənə nə deyilibsə, yadımda saxlamışam. Xəyyamla (müğənni Xəyyam Nisanov – red.) sinif yoldaşı olmuşuq. Onunla 10 ildən sonra duet oxudum. Çünki vaxtında xətrimə dəymişdi. Ona sübut etdim ki, bax gör mən necə qızam. İncəsənət adamlarına hörmət qoyulmur. Açıq geyinirəmsə, normal qəbul edilməlidir. Bunu gözəl görün, sənətdir. Rihanna lüt şəkil qoyanda bəyənirsiniz, yerli ifaçılarımız geyinəndə olur pozğun, tərbiyyəsiz? Bu halları ortadan yığışdırıb, sənət adamlarına hörmət qoyun”.

R.Ayxan oğlu Hüseynin eşq macərasından da söz açıb:

"Oğlum elə vurulub ki, dəhşət. Bağçada tədbir olub. Qızlarla rəqs etməliymişlər, bu heç kimlə oynamayıb. Samirənin barmağına brilyant üzük də taxmışam. Oğlumdan 5 yaş böyükdür. Pozitiv qadın olduğum üçün oğluma qarışmayacam. İstəyir beş dəfə evlənsin”.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 014
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri