Demet Akalın: "Sən dəlisən? Mən evli deyiləm." - FOTOSESSİYA

Müəllif: NoName
Şərhlər: 31
Baxılıb: 1621
Paylaş:
Səs ver:
(səs: 3)
Karyerasına modelliklə başlayan və ölkəsindəki "modeldən müğənni olmaz” stereotipini dağıdaraq günümüzün ən populyar müğənnilərindən birinə çevrilən Demet Akalının həyatı hər kəs üçün maraqlıdır. Sosial şəbəkələrdə təqibçi sayına görə dünya ulduzları ilə rəqabət aparan Demet Akalın  qazandığı pullar, çəkdiyi kliplər və şəxsi həyatı ilə daim göz önündədir.
 
Müğənni yaya damğa vuran "Brilyant” ("Pırlanta”) albomu münasibətilə bu aralar ard-arda bir çox məşhur jurnala müsahibə verib. Ulduz "Elele” jurnalı üçün də olduqca maraqlı açıqlamalar verib.
 
- "Brilyant” albomun bu yaya damğa vurdu. Albomu niyə məhz "Brilyant” adlandırdın?
- "Brilyant” mahnısını 1 il öncə almışdım. Adını çox bəyənmişdim, çünki iddialıdır. Brilyant kimi albomdur və mən də karyeramın brilyant dövrünü yaşayıram. Bu adın alboma yaraşacağını düşündüm. Yaxşı reaksiyalar gəlir.
 
- Ən çox nə üçün şükür edirsən?
- Təbii ki, ailəm və karyeram üçün şükür edirəm.
 
- İllərdir ki, bu peşədəsən, yorulduğunu hiss etmirsən?
- Bu aralar layihə təklifləri həddən çoxdur. İlk dəfə bu il yorulduğumu hiss etdim. Əvvəllər "Özümü çox gənc hiss edirəm, hələ 28 yaşım var” deyərək jurnalistlərlə zarafatlaşırdım. Amma bu il həqiqətən yoruldum və 43 yaşımda olduğumu hiss etdim. Bir az istirahət etmək istəyirəm.
 
- Keçmiş həyatın üçün darıxmırsan?
- Heç darıxmıram. Darıxa biləcəyim nəyim var idi ki?! Bəlkə bir az uşaqlıq illərim üçün darıxa bilərəm. Amma o hissi də tez-tez ailəmlə görüşərək aradan qaldırıram.
 
- Bəs uşaqlıq illərindən ağlında ən çox hansı xatirələr  qalıb?
- Ən çox ana qorxusu qalıb. Anam məni tək böyüdüb, atam olmadığı üçün hər addımıma müdaxilə edib. Bu da mənim xarakterimin formalaşmasına təsir edib. Məsələn, indi belə nəsə qeyri-adi bir şey etmək istəsəm, özü-özümə deyirəm ki, "anam eşitsə, qiyamət qopacaq”.
 
- Bəs qərar vermədən öncə ananla məsləhətləşirsən?
-  Əlbəttə. Bizim tərəflərdə qızlar erkən yaşlarda evlənirlər. Anam məni çox kiçik yaşda qucağına alıb. Məni tək böyüdüb, çox çətinlik çəkib. O vaxtlar başa düşmürdüm. Özüm ana olandan sonra anamın çəkdiyi əziyyətləri daha yaxşı dərk etdim. Anama əvvəllər həftədə bir dəfə zəng edirdimsə, indi hər gün danışıram.
 
- Demet Akalın olmaq çətindir?
- Mənim xarakterim pis olduğu üçün çətindir. Çünki hər mövzuda son qərarı özüm vermək istəyirəm. Onsuz da əməkdaşlıq etdiyim hər kəs "Demet Akalın” brendi üçün işləyir, onlara güvənməliyəm. Amma bu hər şeyi idarə etmək istəyi məndə xəstəliyə çevrilib. Ona görə də, çətinlik çəkirəm.
 
- Karyeranla bağlı başına gələn ən böyük çətinlik nə olub?
- Bu işə başladığım ilk vaxtlar model olduğum üçün məni bəyənmirdilər. Hərə bir söz deyirdi. Ancaq heç vaxt sərt reaksiya vermədim. Bilirdim ki, vaxt keçdikcə hər şey düzələcək. Elə də oldu. O vaxtlar mənə ağız büzənlər indi əldə etdiyim uğurlara təəccüblənirlər. Bu xoşuma gəlir. Yaxşı ki, model olmuşam. Adım ilk dəfə model kimi tanınıb, bundan utanmıram.
 
- Sənin üçün şöhrət nə deməkdir?
- Mən şöhrətin pis olduğunu düşünmürəm. Bəziləri var e, deyirlər ki, "heç yerə gedə bilmirik, rahat gəzə bilmirik, istədiklərimizi edə bilmirik”. Mən bu fikirlərlə razı deyiləm. Şəxsi həyatımda cangüdənlərlə gəzmirəm. Sürücüm də yoxdur. Belə olanda normal yaşayırsan. Təbii ki, sən özünü insanlardan üstün görüb onlarla ünsiyyətdən yayınsan həyat çətinləşəcək.
 
- Deyirlər ki, uğurlu insanlar çox çətin xoşbəxt olurlar. Bu düzdür?
- Yox, bu fikirlə razı deyiləm. Mənim üçün kiçik xoşbəxtliklər də dəyərlidir. Bəlkə də bunu başa düşmək üçün müəyyən yaş həddində olmaq lazımdır. Məsələn, ailəm, tətilə gedə bilmək, qızımın yeriməsi, mənə "ana” deməsi xoşbəxt olmağım üçün kifayətdir. Bunlara kiçik xoşbəxtlik deməyimə baxma, mənim üçün dünyanın ən böyük gözəllikləridir.
 
- İşə daha çox vaxt ayırırsan, yoxsa ailənə?
- Son illər çox konsert vermişəm. Özümə və ailəmə daha çox vaxt ayırmaq istəyirəm.
 
- Mövzu eşq və sevgi münasibətləri olduqda türkiyəli qadınlar sənin mahnılarından ilham alır. Bəs sənin ilham mənbəyin kimdir?
- Əvvəlki mahnılarım daha çox qadınlara uyğun idi. İndi isə elə mahnılar seçirəm ki, kişilərin də xoşuna gəlir. Mahnılarımda həm qadınlar, həm də kişilər öz həyatlarından nüanslar tapırlar. Mən isə sadəcə, ailəmdən ilham  alıram.
 
- Qarşımıza çıxan adamın həyatımızın eşqi olduğunu necə anlamalıyıq?
- Okanla ilk görüşümüzdə o, Amerika xatirələrindən danışırdı. Mən də ürəyimdə dedim ki, "niyə boş-boş danışır, onsuz da səninlə evlənəcəyəm”. İlk dəqiqələrdən etibarən onun gələcək ərim olacağına necə qərar verdiyimi bilmirəm. Düzdür, məni ən çox onun işini çox sevməsi təsirləndirmişdi. Amma yenə də o an yaşadığım hisslərə ad tapa bilmirəm.
 
- Necə tanış olmuşdunuz?
- O məni getdiyim hər yerdə təqib edirdi. Dostlarımla gəzintiyə çıxırdıq, onlarla salamlaşırdı. Biz restoranda otursaq, gəlib yanımızdakı masada otururdu. Beləliklə, diqqətimi çəkmişdi. Sonradan öyrəndim ki, məni təqib edirmiş. Bir gün konsertimə gəlib, sonra da telefon nömrəmi tapıb. Həmin gecə mənə bir mesaj göndərmişdi. Sadəcə, "Kaş ki” yazmışdı. Mən mesajı oxuyanda yanımdakı rəfiqəm Okanın evli olduğunu dedi. Mən də "Nə qədər tərbiyəsiz adamsan. Heç utanmırsan?” deyə cavab yazdım. Bu evlilik məsələsi bizim görüşdüyümüz dövrdə də daim narahatçılıq yaratdı.
 
- Bu yalan idi?
- Əvvəlcə fikirləşdim ki, yəqin qardaşı ilə səhv salıblar. Bəlkə də rəfiqəm bu yalanı mənim onunla sevgili olmağımı istəmədiyi üçün demişdi. Dəqiq bilmirəm. Çox çətin günlər yaşadım. Münasibətimizi jurnalistlər də öyrənmişdi və bu xəbər bütün qəzetlərdə çıxırdı. Mən də Okana əsəbiləşirdim, elə bilirdim ki, doğurdan da evlidir, ancaq məndən gizləyir. O da axırda dedi ki, "Sən dəlisən? Mən evli deyiləm. Elə olsa, həyat yoldaşım bu xəbərləri görüb ortaya çıxardı”. Ondan sonra inandım və həyatımızı zəhərləyən həmin yalana bir dəfəlik son qoyuldu .
 
- Həyatda ən çox nəyin əskikliyini hiss etmisən?
- Təbii ki, atamın əskikliyini, yoxluğunu çox dərindən hiss etmişəm. Kaş atam olaydı. Ancaq atam olsaydı bu peşəni seçməzdim. Daha doğrusu, o müğənni olmağıma icazə verməzdi.  Çünki çox qısqanc adam olub. Deyilənə görə, pəncərənin pərdəsini belə açmağa qoymayıb.
 
- Bəs müğənni olmasaydın, nə olardın?
- Müğənni olmasaydım, yəqin ki, indi nəvələrim var idi. Yəqin ki, məni erkən yaşda evləndirərdilər. Çoxlu uşaq dünyaya gətirərdim.
 
- Vazkeçilməzlərin var?
- Heç kim vazkeçilməz deyil, hər şeydən vaz keçmək olar. Yenə də vaz keçə bilmədiyim bəzi vərdişlərim var: hər səhər yerimək, masaj etdirmək, türk qəhvəsi içmək, süni kirpik taxmaq.
Bir də mənə uğur gətirdiyinə inandığım əşyalarım var. Məsələn, 15 ildir ki, pul kisəmi dəyişdirmirəm. Mənə bərəkət gətirdiyinə inanıram.

 

 

 

 


loading...
(səs: 3)
Şərhlər: 31
Baxılıb: 1621
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
♥ KaMa ♥
sondakı Demet Akalındı??? dx
14 avqust 2015 10:41
31
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Offline
Catwoman666
Fotolara baxıb təəccübləndim. Çox dəyişilib sanki.

...666...
9 avqust 2015 19:19
30
Viking
Offline
Aydan Habili
Təbii ki, sən özünü insanlardan üstün görüb onlarla ünsiyyətdən yayınsan həyat çətinləşəcək.bu sözlərini çox və çox beyendim cunki doğurdanda ulduz xəstəliyinə tutulanlar özlərini bizim kimlərdən üstün tutur ...
9 avqust 2015 16:44
29
Offline
SonSuz SeVGi
Evvel beyenmirdim ama sonradan beyendim
9 avqust 2015 01:36
28
Offline
Meleknur
Gozeldi mamaninda menimde xowum gelir bundan
9 avqust 2015 00:42
27
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
emis
Demetik bu qeder izlendildiyini bilmirdim yeni xarici meshurlarla reqabet aparan bir mugennni oldugunu bilmirdim.Demet Akalim beyendiyim mugennilerdendi bu fotolarda ise tamam basqa cur dusub ozune oxsamir oldugundan daha gozel gorunur hemise bu stilde geyinse makyajini falan bele etse pis olmaz semimi musahibe alinib duz yazibki bu yaslar onun hetta qadinlar en gozel yas dovrudu bu birazcik otmus olsada) briliant dovru beyendim.Allah xosbext elesin ailesi birlikde.
9 avqust 2015 00:30
26
Offline
eıiyeva gülmaye
Demeti beyenirem
8 avqust 2015 23:35
25
Offline
guler19
Demeti beyənirəm Gözəl ailəsi gözəl qızı var. Şəkillərdədə çox gözəl düşüb Uğurlar həyatda.
8 avqust 2015 23:26
24
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Offline
Qlamurr
Özünü yox ancaq mahnılarının çoxunu bəyənirəm))
8 avqust 2015 23:05
23
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
neri
cox sevirem demeti .sade biridi
8 avqust 2015 21:28
22
Sert
Offline
Melek5
Turkiyede en cox sevdiyim qadin mugenniler arasinda 1-cidi menim ucun b1-ci ozunude mahnilarinida beyenirem Demet-in
8 avqust 2015 21:13
21
Güclü bir qız olmağı ən gözəl anamdan öyəndim. Və anam, həyatımda görə biləcəyim ən güclü qadındır.
Offline
ALESSANDRA
Demeti beyenirem sesinide,özünüde
islerinde Uğurlar..
8 avqust 2015 21:07
20
Don't trust anyone ∆
Offline
Akkuw)
Beyenirem Demeti
8 avqust 2015 20:16
19
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
Offline
VIP
Cox dəişilib.Qəşgləşib mahnıların bəyənirəm
8 avqust 2015 19:36
18
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Offline
Yusif Ulker
mahnilarinin yarisini sevirem qeweylewib ee men gormeyenden yani
8 avqust 2015 19:02
17
Offline
Fialka
Bəzi mahnılarını bəyənirəm əsasəndə ritmik olanları)
8 avqust 2015 18:44
16
Offline
ayka
onun en cox (Burdan dinleye bilersiniz)Golge mahnnisi beyenirem niyese beyen bilmirem diger mahnilaarini xowlamiram beyenmirem mugennini amma deyiwilib heqiqeten
8 avqust 2015 18:21
15
İntiqam qoxur ruhum
Offline
gunka2000
coxx deyisilib
8 avqust 2015 18:04
14
Payiz behane idi belkede yarpaq agacdan bezmisdi
Offline
_LeylaC_
demet deyisilibeeeeeeeeeee heart qewey idi lap qesey olub
8 avqust 2015 17:40
13
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
Offline
Dosta_inam
Beyenirem bu xanimi, heyatinda ugurlar arzu edirem.
8 avqust 2015 17:39
12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv