Röya: "Bunu edəcəyəm ki, tarixə düşüm" - FOTOSESSİYA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 3 964
Səs ver:
(səs: 2)
Müğənni Röya Ayxan media nümayəndələri ilə bir araya gəlib.

Sənətçi konsertindən bəhs edərək, sualları cavablandırıb:

"Əvvəl fikirləşdim ki, mətbuat konfransı olmasın, konsertdən sonra onsuz da müsahibə verəcəyəm. Amma sonra fikrimi dəyişdim. Jurnalistlərlə bir araya gəlməyə vaxtımız olacaq, çünki işlərimiz çoxdur, görüşməyə səbəbimiz var. Konsertdə yeni mahnılarla yanaşı, köhnə bəstələrə də yer vermişik. Səhnə dizaynı isə möhtəşəm olacaq. Eskizi mənə Kənan (prodüser Kənan Bayramov – red.) göstərdi. Artıq yığılmağa başlayıb. Səhnədə "kubiklər” olacaq. Onun üstünə çıxıb, özümü yerə atacağam. Bunu edəcəyəm ki, tarixə düşüm”.

R.Ayxan konsertdə geyinəcəyi libasdan da danışıb:

"İki libas dəyişəcəyəm: biri ağ, digəri isə qırmızı olacaq. Modelyer Afa xanımla çalışırıq. İmicimdə tamamilə dəyişiklik ediləcək”.

Müğənni tez-tez solo konsert verməsinin səbəbini də açıqlayıb:

"Mən əgər 1 il fasilə versəm, növbəti il eyni tamaşaçını yığa bilməyəcəyəm. Bu çox çətin olur. Hamı elə fikirləşir ki, mən ildə 700 min manat pul qazanıram. Əgər bu qədər qazancım olursa, onun yalnız 100 minini ailəmə xərcləyərəm. Qalan hamısı sənətimə gedər. Mənim geyimlərimdən Azərbaycanda heç bir butikdə yoxdur. Onlara çox pul xərcləyirəm”.

R.Ayxan "Deyirlər, Azərbaycanda hansısa verilişdən təklif gəlib, razılaşmamısınız” sualına isə belə cavab verib:
 
"İki ay Bakıda olmamışam. Bütün günüm yollarda keçib. Çox şeydən xəbərsizəm. Heç bir verilişdən təklif almamışam”.

Sənətçi Türkiyə ilə bağlı işlərindən də danışıb:

"İndi bütün işlərim Türkiyə ilə bağlıdır. O layihələrin üstünə ciddi düşmüşük. Hətta saç rəngimi də dəyişməyə qoymurlar. Hər şeylə ciddi məşğul olurlar. Bir ara saçımı saraltmışdım. Dedilər ki, tündləşdir, səni burada belə saçla ciddi qəbul etməyəcəklər”.

R.Ayxan sosial şəbəkədə onun ünvanına təhqirlər yazan gənci tapıb, "razborka" aparması məsələsinə də aydınlıq gətirib:

"Gah dedilər Röyanı tutublar, gah dedilər ölkədən qaçıb. Buna görə çox insan narahat oldu. Məsələ ilə bağlı bir jurnalist Kənan Bayramova zəng etdi, mən də yanında idim. Kənan telefonu götürüb dedi ki, "Xanım, danışa bilmirəm, başqa yerdəyəm". 15 dəqiqə sonra saytlarda ölkəni tərk etməyimlə bağlı xəbər yazdılar. O xəbəri yayanlara deyirəm ki, barmağınız sınsın. Mənim vecimə deyil. Amma valideynlərim narahat oldu. Belə yazılar verəndə bizi düşünməsələr də, yaxınlarımızı nəzərə alsınlar".

Qeyd edək ki, R.Ayxanın konserti avqustun 21-də və 22-də "Yaşıl Teatr"da baş tutacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 13
Baxılıb: 3 964
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri