Məşhur cütlük Burak Özçivit və Fahriye Evcen Cihangirdə görünüblər.
Burak bığlarını kəsdirdikdən sonra Fahriyenin ona xaricdən yalançı bığ gətirməsi xəbərinə çox güldüyünü deyib.
Ardınca Fahriye "Mən onu hər halı ilə bəyənirəm. Hər halı ilə aşiqəm" deyə fikrini bildirib. Sevgilərini gizlətməyən cütlük fotokameralara poz da verib.
Qeyd edək ki, Burak Özçivit dörd il öncə "Möhtəşəm yüz il" serialı üçün bığ saxlamışdı.