Serenay gözəllik sirrini açıqladı - fotosessiya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 2 482
Səs ver:
(səs: 2)
"Survivor” yarışması ilə məşhurlaşan aktrisa və futbolçu Serenay Aktaş "Formsante” dərgisi üçün fotokamera qarşısına keçib.

O, baxım sirrlərini, qidalanmasını oxucularla bölüşüb:

"Balaca olanda atam məni "Qalatasaray”ın oyunlarına aparırdı. Sonra qaldığımız yerdə uşaqlarla tez-tez futbol oynayırdım. Həm futbolda, həm də aktrisalıqda özümü çox xoşbəxt hiss edirəm. Həyatımda ilk vaxtlar yalnız futbol var idi. Bunu heç bir zaman pul xatirinə oynamadım. Amma qadın futbolçulara qarşı diqqətsizliyi görəndə, gələcəkdə pul sıxıntısı çəkəcəyimi başa düşdüm. Aktrisa oldum və futbol ikinci plana keçdi. Formada qalmaq üçün fitnesə gedirəm. Kökələndə ancaq üzüm və bel hisəm piylənir. Bu da məni narahat edir. Buna görə də yeyib-içdiklərimə diqqət edirəm”.

Serenay dərisinə necə qulluq etməsindən də danışıb:

"Gündəlik həyatda makiyaj etmirəm. Dərim ancaq çəkiliş meydanlarında edilən makiyajlardan zədələnir. Son günlər türk qəhvəsinə heyran qalmışam. Çox gözəl pilinq olur. Qəhvə qırıntısını üzümə sürtür, bir az saxlayıram. Daha sonra su ilə yuyuram. Ev şəraitində hazırlanan maskalara daha çox üstünlük verirəm. Plastik əməliyyatı sevmirəm. Çoxları elə düşünür ki, burnum əməliyyat olunub. Bədənimin heç bir yerinə estetik müdaxilə edilməyib, dişlərimə qədər orijinaldır”.

 

 

 

 

(səs: 2)
Şərhlər: 13
Baxılıb: 2 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri