Serial ulduzları boşandı - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 740
Səs ver:
(səs: 2)
Üç il əvvəl nikah masasına oturan aktrisa Aslı Enver və həmkarı Birkan Sokullu dünən məhkəməyə verdikləri ilk ərizədə boşanıblar.

Enverin vəkili açıqlamasında "Belə daha yaxşı olacağına qərar verdilər" deyib. Aktrisa boşanmalarına səbəb kimi fikir ayrılıqlarını göstərib. O, məhkəmədə bu barədə artıq razılığa gəldiklərini, bir-birlərindən heç bir təzminat tələb etmədiklərini açıqlayıb.

Məhkəməyə vəkilsiz gələn Sokullu da onun dediklərini təsdiq edib. Hakimin "boşanmaq istəyirsinizmi" sulaına bir daha da təsdiq cavabı verən cütlük rəsmi şəkildə boşanıblar. Məhkəmədən sonra tərəflər mediaya heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, A.Enver "Kavak yelleri", "Suskunlar", B.Sokullu isə "Küçük sırlar",  "Kurt Seyit və Şura" kimi seriallarda çəkiliblər.

 

(səs: 2)
Şərhlər: 10
Baxılıb: 2 740
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri