Rəqsanə: “Şükür etsinlər, yataq otağında başqa iş görəndə foto yaymamışam” - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 720
Səs ver:
(səs: 3)
"Toyda xəbər göndərirlər ki, sinəsi açıq olmasın, ayağı görünməsin"

-   Yeni mövsümdə Rəqsanənin hansı yenilikləri olacaq?
-  Sentyabrda "Bəli" mahnıma çəkilən  klipin təqdimatı olacaq. Baş rolda Aysun çəkilib, fərqli işdir. Son iki ildə təqdim etdiyim kliplər çox sevildi. Əminəm ki, yeni mövsümdə təqdim etdiyim işlər uğurlu olacaq.

- Konsert vermək haqda düşünürsüz?
- Konsertə hazırlaşıram, məşqlər başlayıb, köhnə mahnıları oxuyacam, bir çox Azərbaycan estradasının ifaçılarının repertuarından ifa edəcəm. Konsertdə Azərbaycan şou-biznesində heç kimin ata bilmədiyi addımı atacam.

- Bu addım geyimlə bağlıdır, yoxsa...
- Artıq bütün konsertlər bir-birinə oxşayır. Müğənnilər açıq-saçıq geyinir. Mən konsertdə tam qapalı geyinəcəm.  Atacağım addımı dünya ulduzları atıb. Ailəmdə məsləhətləşib bu addımı atmışam. İmkanım çox olsa, daha çox belə işlər görərəm.

- Belə başa düşdüm ki, bu addım da geniş müzakirələrə səbəb olacaq?
- Bu addım çox gözəl qarşılanacaq. Bəlkə, məndən sonra bu addım başqa həmkarlarıma da nümunə olacaq.  Keçən il Yaşıl Teatrda konsert proqramı ilə çıxış etdim, konserti İlham və Fərizənin toy gününə həsr etdim, bilet satışı olmadı, onların valideynlərini konsertə gətirdim, onların duaları mənə bəsdir.

-  Azərbaycanda müğənnilər performans sərgiləmir, rəqslər etmirlər, oxumaqla kifayətlənirlər. Bunun səbəbi nədir?
- Biz bundan sonra rəqs öyrənməyə başlaya bilmərik. Dünya ulduzları sənətə gələndə onların tək ifası üzərində işləmirlər, onlara yeriş, danışıq öyrədilir. Toyda oxuyub gəlib müğənni olmuşuq, rəqsi kim öyrədib bizə? Bizdə rəqs müəllimi yoxdur, bir qrup var, bütün konsertlərdə səhnəyə çıxır.  Konsertdən pul gəlir ki, rəqs öyrənim? Gedib hansı toyda rəqs edə bilərəm? Toyda rəqs etsək, bizi o dəqiqə qapının ağzına qoyarlar. Bizdə qəbul olunmur, toya getməmiş xəbər göndərirlər ki, zəhmət olmasa, sinəsi açıq olmasın, ayağı görünməsin. Mənə pul qazanmaq lazımdır, nə edirəm rəqsi? Mənim uşağım rəqs yeyir? Pulu necə qazana bilirəmsə, o yola üz tuturam, tamaşaçının istədiyi kimi oluram.

- "Göz önündə" verilişi xeyriyyə məqsədi daşıyır. Lakin birmənalı qarşılanmır, aparıcılığınız tənqid olunur. Hətta, "Rəqsanəni nə məcbur edir ki, veriliş aparır?" sualları da səsləndirilir.
-  "ATV"də "Göz önündə" verilişim yenidən başlayır. Yenə məhkumlarla, əsgərlərlə görüşlərdə olacam. Mənim gündəmə gəlməyə ehtiyacım yoxdur. Uşaqdan-böyüyə hər kəs bilir ki, Rəqsanə kimdir. Gündəmə o adam gələr ki  toyları olmasın, reklama  ehtiyacı olsun. Şükür Allah ki, kalendarla toy oxuyuram, elə-belə məclislərə getmirəm. Moskvada ən hörmətli şəxslərin toylarını idarə edirəm. Verilişə başlayanda demişdim ki, nə aparıcı, nə də siyasətçiyəm.  Xalqın bir övladıyam, verilişim olmasa da, başqa verilişlərdə yardımlar etmişəm. Xeyir iş görməyə heç kim məni məcbur etmir, pulu mən əziyyətlə qazanıram, saat 5-ə kimi hündürdabanın üstə canlı oxuyuram. Yardım etdiyim insanların həyatını dəfələrlə yaşamışam,  mənim qədər heç kim onları başa düşə bilməz. Deyirlər ki, filankəsin əli-ayağı var işləsin,  zibil daşısın. Bəzən zibil daşıyanda da pul vermirlər. Mən yaxşılıqları Allahıma görə edirəm.

- Rəqsanənin "Bivəfa", "Payız gəldi", "İnanımmı?" mahnıları hit oldu. sanki indi partlayış edən mahnılarınız yoxdur. Bunun səbəbi nədir?
- Şou-biznes ölüb, rəqabət yoxdur. Evimiz, maşınımız var, toylara gedirik, pulumuzu qazanırıq. Şou-biznes yadımıza düşmür, partlayış edən mahnı önəm daşımır. Müəyyən yaşdan sonra toylara gedib oxumayacam. Özümə xırda bizneslər qururam. 55 yaşımda toyda oxumayacam.

Bu gün barmaqla sayılan müğənnilər öz adlarına işləyirlər. Bundan sonra  aya 10 albom çıxarsam,  xeyri yoxdur. İndi hamı müğənnilik edir, çoxunun səsi studiyada düzəldilir. Necə oxuyuramsa, səsim elədir. Allah mənə bu səsi verməsəydi, səsim olmasaydı, atama lənət mən əlimə mikrofon alardım. Bir məclisdən 3 toy tutmasam, ürəyim partlayar.

- Rəqsanə yeni səhnəyə gələndə onu "ara müğənnisi", "toy müğənnisi", "bozbaş müğənni" adlandırırdılar.
- Mən özümü təsdiq etdim. Mənimlə sənətə  eyni vaxtda gələnlərin geyim tərzi,  bədən forması əvvəlki kimi qalıb. Gör götür dünyasıdır, dəb verilişlərini izləyirəm, üzərimdə çalışıram. Hər şeyi qızımla məsləhətləşirəm. Məni "bozbaş" adlandıranlar indi mənim mahnılarımı oxuyub toy "tutur". O mahnıları şou-biznesə  mən gətirdim. Toyda muğam, disko mahnılar oxumazlar.   "İnanımmı?" "İndi məni gözləmə", "Gedirəm" hələ də populyardı. "İnanımmı?" mahnısını 2012-də oxumuşam, hələ də toylarda o mahnıya oynayırlar. Mənim mahnımı prezident oxuyursa, deməli hələ də varam.

- Rəqsanənin uğur qazanmasının səbəbi nədir?
- Rəqsanə sadədir, yekəbaş deyil, qudurmadım. Bu gün  tanınan kimi insanları saymırlar. Hərəsi özünə bir kişi, sponsor tapır. Bu Rəqsanəliyimi itirməyəcəm, heç kimi tapdalamaram. Hamı məni tanıyır, insanları aldada bilmərəm. 25 yaşında burnu uzun olan bu gün deyir balaca burun özümündür. Heç nəyimi danmamışam, imkansız, ağrılı günlərimi paylaşmışam, ona görə tamaşaçı məni sevir.

- Rəqsanənin şou-biznesdə dostu var?
-  Ötən günlərdə mənə şou-biznesin qruplaşmaları barədə sual verdilər. Mən heç bir qruplaşmada yoxam, məni heç kim idarə etmir. Məni Allahım və özüm idarə edirəm. Ailəmi, uşağımı saxlayıram, şou-biznesdə dost yoxdur. Kimlə 5 gün dostluq edirsənsə, evinin sirrini yayır, kişini əlindən alır. Mən həyat yoldaşımı gizli saxlayıram.qorxmuram , amma ki, istəmirəm ailəmin içindəkini kimsə, bilsin.

- Həyat yoldaşınızı gizli saxlayırsınız. Bəziləri deyir ki, Rəqsanənin əri yoxdur, yalandan ailəliyəm deyib, özünü reklam edir.
- Həyat yoldaşım olmasa, niyə deyim ki, var? Ailəli olmasam, deyərəm subayam, diqqət çəkərəm. Deyəndə həyat yoldaşım var, başım bağlı olur, heç kim mənə baxmır. Çox xoşbəxtəm, həyatımda məni başa düşən insan var. Ailəli olub boşanıb. "ZAQS"ım var, övladlarımı adına keçirib. Deyib ki, Aysunun toyunda üzə çıxacam. Ondan olsa, məni toylara buraxmaz. Mən özüm qazanmağa öyrəşmişəm. Ərim mənə qadağalar qoymur, sənətimə hörmət edir. Mən də hər hərəkətimin yerini bilirəm.

- Keçək Aysuna. Ötən həftə açıqlama vermişdi ki, ayda 60 min paltara pul xərcləyirəm. Bu da birmənalı qarşılanmadı.
- Övladlarımı əziyyətlə böyütmüşəm. Heç kim gətirib mənə villa verməyib, altıma maşın qoymayıb. Mən pulu zəhmətimlə qazanmışam. Aysun səhv deməyib, amma o formada açıqlama vermək lazım deyildi. Orda demişdi ki, o gün çox ucuz geyinib, bunu da şişirdə bilərdilər, amma 60 min söhbəti gündəmə gəldi. Mən jurnalistləri qınamıram, onlar da reytinq üçün çalışırlar. Son vaxtlar mənə çox hörmət edirlər, mənim ziyanıma olan xəbərləri yayımlamırlar. Hər birinə təşəkkür edirəm.

Aysun çılğın qızdır, uşaqdır. Düşünmür ki, bu açıqlama ona zərər verər. Biz brend geyimlər geyinirik. Elə firmalar var ki, ayaqqabısı 5000 manatdır, o ayaqqabıdan 3 dənə buraxılır.  Elə ay olur ki Aysun  60 min xərcləyir, amma bu o demək deyil ki, Aysun hər ay 60 min geyimə pul xərcləyir. Biz ucuz paltar  geyinəndə də, camaat düşünür ki, bahalıdır, milyonu var, brend firmadan geyinir.  Aysunun sözləri həm də qıcıq yaradıb, elə insan var ki, 300 manat qazanır, düşünür ki, bəxtəvərdir. Ona başa saldım ki, belə açıqlama vermək lazım deyil.

- Aysun sizin qədər məşhurdur. Məşhurluğunun səbəbi sizsiniz, ya özü istedadlıdır?
- İnsanın içində işıq olmasa, onu qabağa çəkməzlər. O qədər məşhur adamlar var ki, övladları tanınmır. Şou-biznesin elə məşhur nümayəndələri var ki, yazısı 2000, Aysun da isə 10 min dəfə oxunur.  Aysun filmə çəkiləcək, gəlib məndən icazə aldılar. Türkiyədə  aktrisalıq dərsləri aldı. Özü istedadlıdır.

- Aysuna hansı qadağalar qoymusunuz?
- Mən ona çəpər qoymuram . Həmişə demişəm ki, sən Rəqsanənin qızısan, sadə ol. Müğənni olmağa icazə vermərəm. Maşın sürməyi qadağa etmişəm, maşın almışam, sürücü aparıb-gətirir. Qız uşağıdır, tək olmaz. 10 ildir ki, avtomobil idarə edirəm, 100 dəfə qəzaya düşmüşəm. Qızımın yanında ona  nəzarət edən biri olsun istəyirəm.

- Ötən həftə əməkdar artist Elza Seyidcahan  deputatlığa namizəd olmaq istədiyini  açıqladı.  Nadir Qafarzadə Mədəniyyət evinin rəhbəri olduğunu dedi. Sizin vəzifə sahibi olmaq istəyiniz varmı?
-  Mənim işim oxumaqdır. Deputat mənim xalqımdır, millətimdir. Məndən siyasətçi olmaz.

- Xatırə sosial şəbəkədə onu tənqid və təhqir edənlərə qarğış etmişdi. "Balamın xəstəliyi balanızın başına gəlsin" demişdi. Tanınmış simanın belə bir ifadə işlətməsi nə qədər doğrudur?
- Xatirəni qınaya bilmərəm, bəzən adama elə söz deyirlər ki, yanıb tökülür. O əsəbindən deyib. Amma o formada da fikir bildirməyi qəbul etmirəm.  Qarğış etmək olmaz. Qarşımızdakı pis insan olsa da, biz yaxşılığımızdan qalmamalıyıq.

- Keçən dəfə  çimərlik geyimində fotonuzu paylaşmışdız və tənqid hədəfinə çevrildiniz. Azərbaycanda dünya ulduzlarının açıq-saçıq şəkilləri qəbul edilir, bizim müğənnilərinki niyə tənqid olunur?
- Dünya ulduzlarının daşı bizimkilərin başına düşsün, onları görəndə ürəkləri gedir. Nə olub bizə, Biz də qadınıq, 90-60-90 bədən formamız var. Azərbaycan qadınlarından gözəl qadın yoxdur. Nə qədər desək ki, Avropalaşmışıq, xeyiri yoxdur. Mentalitet başqadır, qəbul olunmur.

Röya onu təhqir edənlə görüşəndə onu qınamadım, çünki adamın əsəblərini oynadırlar. Öz ailəsinin qadınlarına hörmət edən, başqa qadınlara sataşmaz. Uşağın şəklini qoyuram, yazırlar ki, uşaqda  bu nə qarındır . Körpə uşağa söz atırlar. İnsan dəhşətə gəlir.

- Evinizin fotosunu paylaşmanız insanlarda qıcıq yaratdı. Hətta sizi qınadılar ki, yataq otağının fotosunu paylaşıb.
- Nə olsun? Yataq otağında artıq iş görmürdüm ki, boş ev idi. Şükür etsinlər, yataq otağında başqa işlərlə məşğul olanda foto paylaşmamışam. Mənim arzum olub ki, evim olsun. Evimin fotosunu paylaşmışam, əcəb etmişəm. Fəxr edirəm ki, elə evin qadınıyam.

 

 

 

 

 

(səs: 3)
Şərhlər: 8
Baxılıb: 4 720
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri