"Kimin nəyinə lazımdı ki, sən nə yeyirsən, hardan geyinirsən" - FOTOLA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 4 519
Səs ver:
(səs: 3)
Tanınmış aparıcı və aktrisa Xəyalə Quliyeva son zamanlar onu qıcıqlandıran məsələlərdən danışıb.

Xəyalə son zamanlar gündəmi zəbt edən və oxucuda qıcıq yaradan məsələlərdən danışıb. Ürəyini bizə boşaldan aktrisa bahalı həyat tərzi ilə süni şəkildə gündəmə gələnləri də qınayıb:

"Son zamanlar mən özüm bir tamaşaçı olaraq şou xəbərlərini oxuyub, qıcıqlanıram. Ay belə bahalı avtomobilim, ay bu qədər aylıq xərcim, bahalı geyimlərim...Olmaz belə demək. Mən şəxsən özüm heç bir zaman belə məsələlərlə gündəmə gəlməmişəm və heç vaxt da belə gündəmə gəlmək istəmərəm. Biri çox qazanır, biri az qazanır. Az qazanan həmin yazını oxuyub, söyür, ağzına gələni yazır, çünki insan qıcıqlanır. Söyülüb gündəmdə qalmaq nəyə gərək? Oxucu görür ki, onun bir aylıq qazandığı məvacibi kimsə bir dəfə restoranda oturub bir yeməyinə verir. Qazanırsan lap yaxşı, kim sənin əlindən alır ki? Ancaq bununla gündəmə gəlmə, ayıbdı. Təkəbbürlülük pisdi, mən özüm qıcıqlanıram o ki, olsun tamaşaçı... Bəzən elə qiymətlər deyirlər ki, məlum məsələdir ki, qiymət şişirdilib. Deyir ayda beş min manat salonlara xərcləyirəm, axı sən özünü sıfırdan yığdırmırsan, necə ola bilər ki, aya beş min manat xərcləyəsən? Və yaxud da, elə qiymət deyir ki, bu qədər xərcləmişəm, brend paltarlar almışam. Sən nə qədər xərcləsən də o qiymət alına bilməz. Bir də görürsən ki, aylarla eyni xəbər başqa tərzdə yayımlanır. Kiminsə övladı barədə o qədər yazılır ki.... Sizin də səhifənin üzvüyəm bir xəbərə gələn şərhləri oxuyuram və görürəm ki, oxucular haqlıdırlar. İndi Allah bilə, mənə nələr yazacaqlar (gülür-red). Amma mən tam səmimi deyirəm, kiməsə nəsə yaxşılıq edib, onunla gündəmə gələndə heç xoşlamıram. Heç vaxt əgər nəsə etmişəmsə də, onu açıqlamamışam. Ona qalsa gündə bir müsahibə verərəm ki, filan restoranda yemək yedim, filankəsə filan şey etdim və s. Mənim üçün belə şeylər mənasızdı. Axı kimin nəyinə lazımdır ki, sən nə yeyirsən, hardan geyinirsən və nə qədər xərcləyirsən?!".

 

 

 

(səs: 3)
Şərhlər: 11
Baxılıb: 4 519
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri