Cennifer: "İnsanların haqqımda nə düşündüyünə..." - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 590
Səs ver:
(səs: 3)
Cəmi 25 yaşı var. Amma "Ən yaxşı qadın aktrisa" nominasiyasında "Oskar" mükafatı alıb. Forbesin versiyasına görə, dünyanın ən çox qazanan aktrisasıdır.

"Aclıq Oyunları" filminin ulduzu Twitter və Instagramdan uzaq durur. Facebook-da yalnız filmləri haqqında nadir hallarda nəsə yazır. Ulduz sosial mediadan istifadə etməməsinin səbəbini haqqında yazılanlara həssas yanaşması ilə izah edir.

"New York Times" qəzetinə müsahibə verən Cennifer məşhur olmağın qayğılarını artırdığını deyib: "İnternetdə haqqımda yazılan neqativ şərhlərdən təsirlənirəm. Özümü heç nə vecimə deyilmiş kimi apara bilmirəm.

Belə bir narahatçılığın lazımsız olduğunu bilirəm, amma nə edə bilərəm? Bu məsələdə özümü inamsız hiss edirəm. İnternet sizi həqiqətən tanımayan insanların haqqınızda şərh yazmağa icazə verdiyi bir dünyadır".

 

 

(səs: 3)
Şərhlər: 6
Baxılıb: 1 590
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri