Beren Saat sükutunu pozdu: "Şəhidlər üçün başsağlığı yazmadım deyə..."

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1156
Paylaş:
Səs ver:
(səs: 3)
Aktrisa Beren Saat son terror hadisələri və şəhid xəbərləri haqda heç bir paylaşım etmədiyinə görə təqibçiləri tərəfindən ağır təhqirlərlə üzləşmişdi.

Etirazlar o qədər böyüyüb ki, aktrisanın rol alacağı  yeni serialı "Möhtəşəm yüz il: Kösəm Sultan"ın heyətindən çıxarılması üçün kampaniyalar başladılıb, bu məqsədlə prodüser şirkətinə zənglər gəlməyə başlayıb və hətta terrora qarşı keçirilən yürüşlərdə Beren Saatın adına da etirazlar səslənib.

Uzun müddət bunlara səssiz qalan ulduz sükutunu pozaraq "Sevdiklərimin rahatlığı üçün..." başlıqlı 4 hissədən ibarət məktub yayımlayıb.

"Niyə susdun? Niyə kədərlənmədin? Bütün bu tələblərə görə sosial mediadan istifadə etməyi saxladım. Heç biriniz hələ bunlara kədərlənməmiş siyasi liderlərin seçkilər üçün insanları hədəf göstərməsinə etiraz etmişdim. Televiziyada 5 uşaq atasının mumiya kimi sarılıb risk içində yaşadığını görəndə səhərəcən yatmamışdım, amma siz yatdınız. Və o gün yazdıqlarım baş verdi. Mesajımın altında dava düşdü, mənə görə dava düşməsin deyə onu sildim. Dedilər ki, qorxmuşam. Hansı partiyaya səs verdiyimi heç açıqlamamışdım...

Bu gün mənə "vətən xaini" deyənlər, ən çox vergi verən qadın sənətçi olduğum açıqlananda mənə vətənpərvərlik medalı vermişdilər ki? Amma verdiyim verginin bir uşağın təhsilinə getdiyini yoxsa kiminsə kefini çəkmək üçün istifadə etdiyini öyrənmək, müzakirə etmək mənim haqqımdır. Bu müddətdə heç Tvitterdən istifadə etmədim. Mənim admdan yazılanlar saxta hesablardan idi. Hamısını məhkəməyə vermişəm. Rəsmi hesablarımın qarşısında mavi işarə var, ən azından onlara diqqət edin, sonra yazın... Mətbuat azadlığının olmadığı Türkiyədə insanlar xəbər almaq üçün sosial şəbəkələrə gəliblər. Amma hər yazılana, deyilənə inanmaq, küyün arxasıyca getmək, şəhidlərə rəhmət oxudu deyə, kimisə qəhrəman elan etmək lazım deyil".

Aktrisa şəhidlər üçün niyə başsağlığı yazmadığını elə açıqlayıb:

"Başsağlığı diləmədiyim üçün ailəmin fotolarının altına "sən də övlad acısı çək" yazdınız. Həmin insanların ölkəmin vətəndaşları olduğuna inamaq istəmirəm. Terroru lənətləyərkən mənə qarşı psixoloji terrordan istifadə etdiniz. Siyasi adamlar dəyişəcək, amma insanlarımızın ruhu dəyişməməlidir. Məsum şəhidlərimizin adından pafosla itifadə edənlərə inanmayın, içinizi nifrətlə doldurmayın".

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 1156
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv